Təyyarə havada naməlum əşya ilə toqquşdu Uçuşlar dayandırıldı Fotolar
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Almaniyanın Leypsiq-Halle Hava Limanında təhlükəsizlik insidenti səbəbindən uçuşlar müvəqqəti dayandırılıb.
“Qafqazinfo” xəbər verir ki, enişə hazırlaşan yük təyyarəsi havada naməlum obyektlə toqquşub, eyni vaxtda isə hava limanı yaxınlığında pilotsuz uçuş aparatı (PUA) aşkar edilib.
Federal polis gecə saatlarında hava limanı yaxınlığında naməlum uçan obyektin müşahidə edildiyini, bunun ardınca təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlayıb. Hadisə səbəbindən bir neçə sərnişin və yük təyyarəsi alternativ hava limanlarına yönləndirilib.
Almaniya Daxili İşlər Nazirliyinin sözçüsü bildirib ki, Leypsiq-Halle Hava Limanına enməli olan yük təyyarəsi enişi ləğv etdikdən sonra havada naməlum obyektlə toqquşub. Təyyarə daha sonra təhlükəsiz şəkildə Hannover Hava Limanına eniş edib.
Almaniyanın “Bild” qəzeti toqquşan təyyarənin “DHL” şirkətinə məxsus yük təyyarəsi olduğunu və burun hissəsində kiçik zədələnmə yarandığını yazıb.
Hadisədən sonra cənub uçuş-enmə zolağı yaxınlığında aşkarlanan şübhəli obyektin araşdırılması üçün hava limanına bomba zərərsizləşdirici robot göndərilib. “Bild” nəşri dronda partlayıcı maddə və detonator olduğunu iddia etsə də, federal polis istintaqın davam etdiyini bildirərək bu məlumatı təsdiqləməyib.
Səhər saatlarında hava limanında uçuşlar bərpa edilsə də, araşdırmalar davam etdiyi üçün reyslər yalnız şimal uçuş-enmə zolağı vasitəsilə həyata keçirilir.
Hadisə zamanı hava limanında Ukraynanın “Antonov Airlines” şirkətinə məxsus yük təyyarəsinin də olduğu bildirilib. Şirkətin təyyarəsi yaxınlığında bomba zərərsizləşdirici robotun işlədiyi görüntülər yayılıb.
Ukraynanın Almaniyadakı səfiri Oleksi Makeyev “Welt TV” kanalına açıqlamasında hadisənin arxasında Rusiyanın ola biləcəyini iddia edib.
O bildirib ki, Rusiyanın son illər Avropaya qarşı hibrid fəaliyyətləri davam edir və bu hadisə də həmin kampaniyanın bir hissəsi ola bilər. Bununla belə, hadisə ilə bağlı hər hansı rəsmi sübut açıqlanmayıb.



Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 06 Avqust 2026 04:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















