Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

“Sülh Körpüsü”nün Azərbaycan üzrə qrupu diplomatik korpusun Qarabağa səfəri ilə bağlı Ermənistanda ictimai müzakirələrdəki qəbuledilməz tondan məyusluğunu bildirib

Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? AÇIQLAMA

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

“Həkim məsləhəti” rubrikamızda

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

60 yaşdan sonra bu qidaları yeməyin MÜTƏXƏSSİSLƏR XƏBƏRDARLIQ EDİR

Milli mətbəximizin təbliğinə töhfə verən şef...

Tibb işçilərinin əməyinə verilən dəyər səhiyyənin dayanıqlılığına mühüm sərmayədir

Tibb işçilərinin əməyinə verilən dəyər səhiyyənin dayanıqlılığına mühüm sərmayədir

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 2 sentyabr, AZƏRTAC

Səhiyyə sisteminin inkişafı ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Tibbi xidmətlərə əlçatanlığın artırılması, keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, səhiyyə işçilərinin əməyinin stimullaşdırılması və sosial təminatının gücləndirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın tibb işçilərinə böyük diqqət və qayğısının bariz təzahürüdür. Bu tədbirlər çərçivəsində 2023-cü il yanvarın 1-dən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin aylıq vəzifə maaşları artırılıb, 2025-ci ildə minimum əməkhaqqının artırılması ilə əlaqədar tarif maaşlarında növbəti artımlar həyata keçirilib. Bununla yanaşı, səhiyyə sistemində ayrı-ayrı kateqoriyalar üzrə çalışan işçilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə diferensial yanaşmalar tətbiq olunub, Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evlərinin işçilərinin tarif maaşlarına vəzifələrdən asılı olaraq 1,5–3 dəfə artım əmsalları tətbiq edilib.

Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu ardıcıl sosial siyasətin davamı olaraq, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən irəli sürülən tibb işçilərinin maddi rifahının yüksəldilməsi, insan kapitalının gücləndirilməsi məqsədilə tibb işçilərinin əməkhaqqının artırılması təşəbbüsünün Azərbaycan Prezidenti tərəfindən müsbət qarşılanaraq icrası ilə bağlı müvafiq tapşırıq verməsi dövlətimizin tibb işçilərinin əməyinə verdiyi yüksək dəyərin, sosial rifahına göstərdiyi davamlı diqqətin daha bir göstəricisidir.

Əməkhaqqı artımının vəzifə, ixtisas, iş yükü və regionlarda mövcud kadr təminatı nəzərə alınmaqla fərdiləşdirilməsi isə bu mühüm təşəbbüsün sosial əhəmiyyətini daha da artırır.

2026-cı il sentyabrın 1-dən tətbiq olunan və TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 mindən çox tibb işçisini əhatə edən yeni əməkhaqqı qaydaları həm də minlərlə ailənin həyatına əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcək.

Birinci vitse-prezident Mehriban Əliyevanın növbəti sosial təşəbbüsü tibbi peşənin cəlbediciliyinin artırılması, regionlarda kadr təminatının yaxşılaşdırılması və əhalinin keyfiyyətli tibbi xidmətlərə çıxış imkanlarının daha da genişləndirilməsi baxımından xüsusi önəm kəsb edir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar İttifaqı tibb işçilərinin, həmkarlar ittifaqları üzvlərinin sosial müdafiəsinin gücləndirilməsinə, əməyinin layiqincə qiymətləndirilməsinə və rifahının yüksəldilməsinə xidmət edən bu təşəbbüsü yüksək qiymətləndirir, ölkə rəhbərliyinə səhiyyə işçilərinə göstərilən davamlı diqqət və qayğıya görə dərin minnətdarlığını bildirir.

Tibb işçilərinin əməyinə verilən dəyər onların sosial müdafiəsinin daha da gücləndirilməsi ilə yanaşı, səhiyyə sisteminin dayanıqlılığının, tibbi xidmətlərin keyfiyyətinin və bütövlükdə əhalinin sağlamlığının qorunmasına mühüm sərmayədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Sentyabr 2026 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see303

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see271

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see255

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see245

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see242

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see240

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see229

“Sülh Körpüsü”nün Azərbaycan üzrə qrupu diplomatik korpusun Qarabağa səfəri ilə bağlı Ermənistanda ictimai müzakirələrdəki qəbuledilməz tondan məyusluğunu bildirib

14 Sentyabr 2026 20:28see193

Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? AÇIQLAMA

14 Sentyabr 2026 19:09see188

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

15 Sentyabr 2026 03:39see187

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

14 Sentyabr 2026 21:09see186

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see183

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see182

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see174

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see167

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see167

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see165

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see164

60 yaşdan sonra bu qidaları yeməyin MÜTƏXƏSSİSLƏR XƏBƏRDARLIQ EDİR

14 Sentyabr 2026 17:33see164

Milli mətbəximizin təbliğinə töhfə verən şef...

14 Sentyabr 2026 16:34see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri