Tıxacdan yayınan motosikletçi əks yola çıxıb axına qarşı hərəkət etdi VİDEO
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində kobud qayda pozan motosiklet sürücüsü özünü videoya çəkərək görüntüləri sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl günorta saatlarında baş verib. Görüntülərdən məlum olur ki, yolda baş vermiş yol-nəqliyyat hadisəsi səbəbindən yaranan nəqliyyat sıxlığını keçmək istəyən motosiklet sürücüsü 1.1 nişanlanma xəttinin (bütöv xəttin) tələbini pozaraq əks hərəkət zolağına çıxıb və bir müddət axına qarşı hərəkət edib.
Qeyd edək ki, yolda qəzanın və ya tıxacın yaranması sürücüyə hərəkət qaydalarını pozmaq hüququ vermir. Əks istiqamətə çıxaraq hərəkət etmək, qarşıdan gələn nəqliyyat vasitələri ilə toqquşma riskini dəfələrlə artırır. Əksinə bu cür “tıxacdan yayınma” cəhdləri ikinci və daha ağır qəzaların baş verməsinə səbəb olur.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 09 İyul 2026 20:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















