Topuria Qetciyə hədə qorxu gəldi: “Onu məhv edəcəm və atasına yaxınlaşıb...”
Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
UFC-nin yüngül çəki çempionu İlia Topuria Castin Qetci ilə döyüş öncəsi sərt açıqlama verib.
Apasport.az xəbər verir ki, ispaniyalı-gürcüstanlı döyüşçü Qetcinin onun şəxsi həyatına toxunduğunu bildirib.
“Castin Qetci ilə hörmət çərçivəsində danışırdım. O isə bundan istifadə edərək ailəmə toxundu. Keçmiş həyat yoldaşımla bağlı məsələ yalnız mənə aiddir. Üstəlik, Castinin atası da məni aşağılamağa çalışdı. Bu döyüş artıq şəxsidir. Castini məhv edəcəyəm və atasına yaxınlaşıb deyəcəyəm: ‘İndi kimdir balaca?’ Onu yalnız möcüzə xilas edə bilər. Söz verirəm ki, teykdaun etməyəcəyəm və onu çox pis vəziyyətə salacağam”, – deyə Topuria bildirib.
Qeyd edək ki, Topuria – Qetci döyüşü UFC Freedom 250 turnirinin əsas qarşılaşması olacaq.
Döyüş 14 iyun 2026-cı ildə ABŞ-ın paytaxtı Vaşinqtonda, Ağ Evin Cənub bağçasında keçiriləcək.
Qarşılaşma yüngül çəkidə titul döyüşü statusu daşıyır. Əsas kard Bakı vaxtı ilə 15 iyun saat 04:00-da başlayacaq.
"UFC-329"da möhtəşəm döyüş gecəsi: Makqreqor, Hollovey, Pimblett, Sen-Denis! Titanlar yenidən üz-üzə: MAKQREQOR QAYITDI Rafael Fiziev: “Azərbaycana qayıdacağım üçün çox xoşbəxtəm” Fərman Həsənov: “Azərbaycanda məğlub olmağı ağlımdan belə keçirmirəm” UFC Azərbaycan: Döyüş cədvəli açıqlandı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 12 İyun 2026 04:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















