Tovuzda qadının dəhşətli ölümü ilə bağlı qonşular danışdılar: “Təpədən dırnağa yanmışdı“
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Tovuzda qadının ölümü ilə nəticələnən yanğınla bağlı şahidlər danışıblar.
Moderator.az Baku TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri, Xəqani küçəsində yerləşən fərdi yaşayış evində baş verib.
Şahidlərin sözlərinə görə, yanğın zamanı əraziyə çox sayda insan toplaşıb. Qonşulardan biri bildirib ki, hadisə yerinə çatanda evin tüstü içində olduğunu görüb:
"Gördüm ki, millət doludur. Tüstüdən kimin kim olduğunu görmək olmurdu. Qadın qapqara idi, təpədən dırnağa yanmışdı. Qapı da qıfıllı idi. Kimin açdığı bilinmirdi. Qadının həyat yoldaşı çöldə idi, qışqırırdı ki, evimiz yanır".
Qonşular mərhum Nüşabə Hüseynovanı mehriban və zəhmətkeş biri kimi xarakterizə ediblər. Onun ailəsinə, xüsusilə də övladlarına bağlı olduğu bildirilib.
Hadisə nəticəsində 1984-cü il təvəllüdlü Nüşabə Musa qızı Hüseynova həyatını itirib. FHN-in məlumatına görə, üçotaqlı fərdi yaşayış evinin bir otağında yataq dəsti və döşəmə bir kvadratmetr sahədə yanıb.
İlkin iddialara görə, 22 yaşlı Elyar Hüseynli evdə anası Nüşabə Hüseynovanın üzərinə benzin tökərək onu qəsdən yandırıb. Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində E.Hüseynli saxlanılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 04 Oktyabr 2026 08:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















