Tramp: İran neft tankerlərinin Hörmüz boğazından keçidini məhdudlaşdıra bilməz
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 3 sentyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp İranın neft tankerlərinin Hörmüz boğazından keçidini məhdudlaşdırmaq imkanlarının demək olar ki, olmadığını bildirib. O, həmçinin İranın iqtisadi böhrana yaxınlaşdığını iddia edib.
AZƏRTAC xəbər verir ki, Tramp bunu Ağ Evdə çıxışı zamanı deyib.
“Hazırda Hörmüz boğazına nəzarət edirik. Oradan hər gün və hər gecə çoxlu sayda gəmi, o cümlədən neftlə yüklənmiş tankerlər keçir”, - deyə ABŞ Prezidenti bildirib.
Trampın sözlərinə görə, İran indiyədək bu nəqliyyatın qarşısını almaq üçün demək olar ki, heç bir tədbir görə bilməyib.
ABŞ lideri İranın iqtisadi vəziyyətinin də yaxşı olmadığını bildirərək ölkənin iqtisadi çöküşə yaxın olduğunu iddia edib.
Qeyd edək ki, ABŞ-nin energetika naziri Kris Rayt daha əvvəl CNBC telekanalına müsahibəsində sentyabrın 1-də Hörmüz boğazından 17 milyon barreldən çox neft daşındığını bildirib. Münaqişədən əvvəl dünya üzrə neft ticarətinin təxminən 25 faizi və mayeləşdirilmiş təbii qaz ticarətinin 20 faizə yaxını bu boğaz vasitəsilə həyata keçirilirdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 03 Sentyabr 2026 05:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















