TRIPP Cənubi Qafqaz regiounu üçün nə deməkdir? Politoloq rəyi
Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan Bişkekdə ŞƏT sammiti çərçivəsində TRIPP layihəsinin icrası üzrə praktiki işlərin yaxın aylarda başlayacağını açıqlayıb. Layihənin reallaşması Azərbaycan–Naxçıvan bağlantısının təmin olunması ilə yanaşı, regionda nəqliyyat və ticarət marşrutlarının yenidən formalaşmasına təsir göstərə bilər.
Bəs TRIPP layihəsinin həyata keçirilməsi Azərbaycan üçün hansı imkanları və riskləri yaradır? Bu marşrut regionun nəqliyyat və ticarət xəritəsini necə dəyişə bilər?
Demokrat.az-a mövzu ilə bağlı danışan politoloq Rəşad Bayramovun fikrincə, Paşinyanın TRIPP layihəsi üzrə praktiki işlərin yaxın aylarda başlayacağını açıqlaması onu göstərir ki, diqqət artıq indiyədək əldə olunan razılaşmaların iqtisadi və nəqliyyat nəticələrini praktik müstəvidə reallaşdırmağa yönəlib.
Onun sözlərinə görə, bu açıqlamanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra səsləndirilməsi xüsusilə diqqətçəkəndir.

"Çünki TRIPP artıq yalnız siyasi müzakirələrin predmeti deyil, tərəflərin konkret nəqliyyat və iqtisadi mexanizmlər üzərində işləməyə başladığı layihəyə çevrilir. Bu isə sülh prosesinin praktiki məzmununun genişlənməsi baxımından mühüm göstəricidir.
Azərbaycan üçün layihənin əsas imkanlarından biri ölkənin əsas hissəsi ilə Naxçıvan arasında daha əlverişli və dayanıqlı nəqliyyat bağlantısının yaradılmasıdır. Bu bağlantının əhəmiyyəti yalnız Naxçıvanla əlaqənin təmin edilməsi ilə məhdudlaşmır. Marşrutun Türkiyəyə, oradan isə Avropa istiqamətinə çıxış əldə etməsi Azərbaycanı Şərq-Qərb nəqliyyat sisteminin daha mühüm halqalarından birinə çevirə bilər. Xüsusilə Mərkəzi Asiyadan Xəzər vasitəsilə Azərbaycana daxil olan yüklərin Naxçıvan və Türkiyə üzərindən Avropa bazarlarına çatdırılması üçün əlavə imkan yarana bilər.
TRIPP-in reallaşması Orta Dəhlizin də coğrafi və iqtisadi imkanlarını genişləndirə bilər. Azərbaycan bu halda təkcə Xəzər üzərindən yük qəbul edən tranzit ölkə olmaqla kifayətlənməyəcək, eyni zamanda Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa arasında alternativ marşrutları birləşdirən logistika mərkəzi kimi çıxış edə bilər. Bunun nəticəsində tranzit gəlirlərinin artması, logistika və anbar infrastrukturlarının inkişafı, yeni investisiyaların cəlb edilməsi və qeyri-neft sektorunda əlavə iqtisadi imkanların yaranması mümkündür. Risklərə gəldikdə isə əsas məsələ marşrutun texniki və hüquqi baxımdan necə təşkil ediləcəyidir", - deyə o, bildirib.
Ekspert əlavə edib ki, Azərbaycanın maraqları baxımından bağlantının səmərəli, təhlükəsiz və fasiləsiz fəaliyyət göstərməsi vacibdir və Ermənistan tərəfi də bununla bağlı konkret öhdəliklər götürüb.
"Əgər layihə uğurla reallaşarsa, Azərbaycan–Naxçıvan bağlantısı daha geniş regional nəqliyyat sisteminin tərkib hissəsinə çevriləcək və Ermənistan özü də bu sistemdən iqtisadi dividendlər əldə edə biləcək. Ümumiyyətlə isə TRIPP Azərbaycan üçün həm strateji nəqliyyat imkanları, həm də müəyyən siyasi və texniki çağırışlar yaradır. Layihənin uğurla həyata keçirilməsi Azərbaycanın regional tranzit əhəmiyyətini artırmaqla yanaşı, Azərbaycan–Ermənistan sülhünün iqtisadi əsaslarını da gücləndirə bilər. Ən mühüm nəticə isə ondan ibarət olacaq ki, kommunikasiya xətlərinin açılması Cənubi Qafqazda rəqabət və qarşıdurma məntiqindən qarşılıqlı iqtisadi fayda və regional bağlantı məntiqinə keçidi sürətləndirəcək", - deyə Rəşad Bayramov fikrini tamamlayıb.
Nuray Paşşanlı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Bu mövzuda digər xəbərlər:Paşinyan: “TRIPP Cənubi Qafqaz üçün yeni biznes modeli olacaq”
28 Sentyabr 2025 10:09
“Rusiya üçün Ermənistanı itirmək Cənubi Qafqazı itirmək deməkdir“ Politoloq
04 İyul 2026 13:45
Müharibənin Cənubi Qafqaz üzerində təsirləri Politoloq açıqladı
21 Noyabr 2024 18:27
Politoloq: Cənubi Qafqaz yeni dövrə qədəm qoyub
07 Avqust 2026 13:25
Gürcü politoloq: Cənubi Qafqaz üçün sülh və sabitliyin alternativi yoxdur AZƏRTAC
18 Yanvar 2025 20:54
Baxış sayı:146
Bu xəbər 03 Sentyabr 2026 12:33 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları