Icma.az
close
up
RU
Turab Rzayev: “Miqrantlardan siyasi təzyiq vasitəsi kimi istifadə edildiyini görmüşük”

Turab Rzayev: “Miqrantlardan siyasi təzyiq vasitəsi kimi istifadə edildiyini görmüşük”

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya bazarının Ermənistan ərik ixracında 83,9%-lik paya sahib olması İrəvanın kənd təsərrüfatı ixracında Moskva asılılığının nə qədər yüksək olduğunu göstərir. “Rosselxoznadzor”un çəyirdəkli meyvə və üzüm idxalına qoyduğu məhdudiyyətlər rəsmi olaraq fitosanitar pozuntularla izah edilsə də, bu addımın Rusiya–Ermənistan münasibətlərindəki siyasi gərginlik fonunda iqtisadi təzyiq aləti kimi qiymətləndirilməsi diqqət çəkir. Əgər məhdudiyyətlər uzunmüddətli xarakter alarsa, Ermənistanın həm kənd təsərrüfatı ixrac gəlirləri, həm də alternativ bazarlara çıxış imkanları ciddi sınaq qarşısında qala bilər.Rusiya Ermənistanın kənd təsərrüfatı ixracından bu qədər asılı vəziyyətdə qalmasını iqtisadi təsir rıçağı kimi qorumağa çalışır, yoxsa İrəvanın son illərdə Moskvanın təhlükəsizlik və geosiyasi orbitindən uzaqlaşmasına cavab olaraq ticarət mexanizmlərindən siyasi təzyiq vasitəsi kimi istifadə edir?

Politoloq Turab Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistanın, xüsusilə kənd təsərrüfatı məhsullarının ixracı və bəzi məhsulların tədarükü baxımından Rusiyadan asılı olması təbii qarşılanmalıdır.

Onun sözlərinə görə, Ermənistanın ətraf ölkələrlə geniş iqtisadi əlaqələr qurmaq imkanları məhduddur. Azərbaycanla uzun illər davam edən müharibə vəziyyəti və iqtisadi əlaqələrin olmaması, Türkiyə ilə sərhədlərin bağlı qalması bu məhdudiyyətləri daha da artırır. Nəticədə Ermənistan əsasən Gürcüstan və İran üzərindən xarici bazarlara çıxış əldə edə bilir, Gürcüstan istiqaməti isə daha çox Rusiya və MDB məkanına məhsul göndərmək üçün istifadə olunur.

Politoloq deyib ki, Rusiya ilə münasibətlərdə yaranan hər hansı problem Ermənistanın kənd təsərrüfatı məhsullarının satışına ciddi təsir göstərir.

O vurğulayıb ki, Moskva bu mexanizmdən ilk dəfə istifadə etmir və bu, yeni təzyiq vasitəsi deyil.

Rusiya siyasi problemlər yaşadığı ölkələrə qarşı dəfələrlə oxşar addımlar atıb: “Xatırlayırsınızsa, Azərbaycanla münasibətlər gərgin olduğu vaxt Azərbaycandan pomidor, fındıq və digər məhsulların ixracına məhdudiyyətlər qoyulmuşdu. Gürcüstanla problemlər zamanı sərhədlər bağlanmışdı. Ermənistanla əvvəlki gərginliklər dövründə isə erməni konyakı, ərik və digər kənd təsərrüfatı məhsullarına qadağalar tətbiq olunmuşdu. Biz bu cür addımların şahidi olmuşuq”.

Rzayev hesab edir ki, Ukraynadakı müharibə səbəbindən Rusiya açıq hərbi aqressiya imkanlarını əvvəlki qədər geniş istifadə edə bilmir və buna görə də iqtisadi və sosial təzyiq alətlərinə üstünlük verir. Onun fikrincə, Moskva ya kənd təsərrüfatı və qida məhsullarının ixracına məhdudiyyət qoyur, ya da həmin ölkələrdən Rusiyaya işləməyə gedən miqrantlara qarşı təzyiq mexanizmlərindən istifadə edir.

“Məsələn, müxtəlif dövrlərdə Ermənistandan, Gürcüstandan və Azərbaycandan olan miqrantların həmin dövlətlərə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə edildiyinin şahidi olmuşuq”, – deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 06 Avqust 2026 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see396

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see226

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see221

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see205

Tarqovı da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı FOTO VİDEO

14 Avqust 2026 19:40see190

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see187

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see182

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see182

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see179

Hörmüzdən 13 gəmi keçib

15 Avqust 2026 01:14see178

Bu səfirin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatdı

15 Avqust 2026 09:38see172

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see172

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see171

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see171

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see171

Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? Kardioloqlardan açıqlama

15 Avqust 2026 08:07see170

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see164

La Liqa 2026/27 mövsümü: 15 16 avqust matçlarının təqvimi və rəqabət in TƏHLİLİ

15 Avqust 2026 16:26see164

Bu qidalar prostat xərçəngi riskini artırır

15 Avqust 2026 02:03see161

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri