Türkiyədə keçmiş hakim tanınmış jurnalistlərin hesablarının araşdırılmasını istədi
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyədə “Hakimlər işi” adı ilə aparılan genişmiqyaslı istintaq çərçivəsində keçmiş futbol hakimi Alper Ulusoyun ifadəsinin təfərrüatları üzə çıxıb.
İdman.Biz Türkiyə mediasına istinadən xəbər verir ki, Ulusoy ifadəsində Türkiyə Futbol Federasiyasının Mərkəzi Hakim Komitəsinin (MHK) rəhbərliyi ilə bəzi KİV nümayəndələri arasındakı əlaqələrin araşdırılmasını istəyib.
Keçmiş hakim bildirib ki, hakimliyə qayıtdıqdan sonra bəzi media nümayəndələri onun haqqında əsassız məlumatlar yayıblar. Ulusoy həmin şəxslər arasında Erman Toroğlu, Barış Yurduseven, Bünyamin Gezer və Ali Fuat Düatəpenin adlarını çəkib.
O, həmçinin həmin şəxslərin bank hesablarının yoxlanılmasını və onların MHK ilə hər hansı maddi və ya qeyri-maddi əlaqəsinin olub-olmamasının müəyyənləşdirilməsini tələb edib.
Bundan əlavə, Ulusoy sözügedən şəxslərə maddi qazanc təmin edə biləcək şərtlərlə xaricdə daşınmaz əmlak alınıb-alınmadığının araşdırılmasına çağırıb.
Keçmiş hakim ifadəsində MHK-nın sabiq sədri Serdar Tatlının istefa səbəbləri və bəzi klubların ayrı-ayrı hakimlərin hakim siyahısından çıxarılmasını tələb edib-etməməsi ilə bağlı da suallar qaldırıb.
Ulusoy, həmçinin Ferhat Gündoğdunun MHK sədri vəzifəsinə kimin təşəbbüsü ilə təyin olunduğunun araşdırılmasını və bəzi klublarla bağlı iddialara aydınlıq gətirilməsini istəyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 04 Oktyabr 2026 01:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















