Türkiyədə meyvə şirələrində şəkərəvəzləyicilərdən istifadəyə tam qadağa qoyulur
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Ankara, 3 sentyabr, AZƏRTAC
Türkiyədə qablaşdırılmış meyvə şirələrində şəkəri əvəz etmək üçün süni şəkərəvəzləyicilərdən istifadəyə tam qadağa qoyulması, nektarlarda isə şəkərəvəzləyicilərdən yalnız müəyyən şərtlər daxilində istifadə edilməsi planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, təşəbbüs Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinə məxsusdur. Qurum milli standartlar sistemini Avropa İttifaqının normalarına uyğunlaşdırmağa çalışır.
Təklifin yaxın vaxtlarda qəbul ediləcəyi təqdirdə, konsentrat, püre və ya toz şəklində olan bütün meyvə şirələrində şəkərəvəzləyicilərdən istifadə tamamilə aradan qaldırılacaq.
Bununla yanaşı, nektar istehsalçıları daha geniş imkanlar əldə edəcəklər. Belə ki, az kalorili meyvə nektarlarında şəkərin müəyyən hissəsini dadlandırıcılarla əvəz etmək mümkün olacaq.
Təkliflərdə təbii şəkərin miqdarı azaldılmış məhsullara da ayrıca yer verilir. Yeni təkliflərə əsasən, Türkiyədə təbii şəkərin miqdarı ən azı 30 faiz azaldılmış yeni nəsil meyvə şirələrinin istehsalına və satışına icazə veriləcək.
Mütəxəssislərin məlumatına görə, Türkiyədə hər il adambaşına 10 litr meyvə şirəsi istehlak olunur.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 03 Sentyabr 2026 18:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















