Türkiyənin Afyonkarahisar vilayətində 8 nəfəri qətlə yetirən şəxs tutulub YENİLƏNİB
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ankara, 5 noyabr, AZƏRTAC
Türkiyənin Afyonkarahisar vilayətində 8 nəfəri öldürən, bir nəfəri isə ağır yaralayan 30 yaşlı Arif Sefa Özdemir Əskişəhərdə tutulub.
AZƏRTAC xəbər verir ki, Afyonkarahisarın İhsaniye rayonunun üç ayrı bölgəsində silahlı hücum törədən şəxs əvvəlcə Yukarıtandır kəndində üç qadını ov tüfəngi ilə vuraraq öldürüb.
Daha sonra cinayətkar Ayazini kəndində avtomobilin içində olan üç nəfəri qətlə yetirib. Son olaraq Kıyır kəndinə iki nəfəri vuraraq öldürən silahlı şəxs hadisə yerindən qaçıb.
Avtomobilini Eskişehir vilayətinin Seyitgazi rayonunda tərk edən cinayətkar bir müddət sonra tutulub.
20:15
Türkiyənin Afyonkarahisar vilayətinin İshaniye rayonunun üç fərqli bölgəsində silahlı hücum nəticəsində ümumilikdə 8 nəfər ölüb.
AZƏRTAC NTV telekanalına istinadla xəbər verir ki, Ayazini kəndi ərazisində 3, Kıyır kəndi ərazisində isə 2 cəsəd aşkarlanıb. Vilayətin başqa səmtində daha iki nəfərin güllələnmiş meyiti tapılıb.
Həmçinin ağır yaralanan 2 nəfərdən birinin xəstəxanada öldüyü bildirilir.
İlkin məlumata görə, hadisəni törədən şübhəlilər Kütahya şəhəri istiqamətinə qaçıblar. Onların axtarışı davam etdirilir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 05 Noyabr 2026 22:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















