Türkiyənin hərbi qüdrətini artırması regional və qlobal təhlükəsizliyə töhfədir
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Qardaş Türkiyə dövlətinin öz hərbi qüdrətini sürətlə artırması, hərbi sənaye kompleksini dinamik şəkildə inkişaf etdirməsi, xüsusilə də, dron və raket texnologiyası sahəsində əldə etdiyi uğurlar bütün türk dünyası, o cümlədən Azərbaycan tərəfindən sevinc və qürur hissi ilə müşahidə edilməkdədir. NATO-nun Ankarada keçirilən 36-cı sammitində Türkiyənin artan hərbi gücü ilə bağlı dünya liderlərinin səsləndiridyi fikirlər qardaş ölkənin alyans daxilində nüfuzunun da artdığını göstərir ki, bu da bütün türk dünyası adına böyük uğurdur.
Türkiyənin hərbi gücünün artması NATO-nın hərbi-siyasi qurum kimi mövqeyini gücləndirməklə yanaşı, regional və qlobal təhlükəsizlik baxımından da mühüm əhəmiyyətə malikdir. Belə ki, Azərbaycan kimi Türkiyə də hər zaman hər yerdə sülh mövqeyindən çıxış edib, milli təhlükəsizliklə yanaşı, qlobal təhlükəsizliyə ciddi önəm verib. Böyük Mustafa Kamal Atatürkün “yurdda sülh, cahanda sülh” siyasətinə sadiqlik sərgiləyən Türkiyə, müharibə və qarşıdurmaların sürətlə artdığı dünyamızda sülh və əmin-amanlıq carçısı kimi çıxış etməkdədir. Bu mənada Türkiyənin hərbi qüdrətinin artması yalnız türk dünyasının deyil, bütün bəşəriyyətin təhlükəsizliyi baxımından təqdirəlayiqdir.
Qeyd edək ki, güc faktorunun ədalət anlayışını üstələdiyi dünyamızda hərbi üstünlüyə malik olmaq təhlükəsizliyin əsas və demək olar ki, yeganə qarantı sayılır. Hansı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışlarında bu həqiqəti dəfələrlə yada salıb, güc amilinə alternativ olmadığını bildirib. Odur ki, istər Azərbaycanın, istərsə də Türkiyənin hərbi baxımdan güclənməsi türk dünyasının təhlükəsizliyinin etibarlı şəkildə təminatı deməkdir. Bu gün Azərbaycan, Türkiyə və digər türk dövlətlərində hərbi sənayenin inkişaf tempi, hərbi müstəvidə aparılan islahatlar, eləcə də, birgə əmədkaşlıq istiqamətində atılan addımlar onu deməyə əsas verir ki, türk dünyası yaxın gələcəkdə bütün dünyada sadəcə siyasi-iqtsidi deyil, həm də hərbi baxımdan ciddi güc mərkəzi kimi formalaşacaq və qlobal proseslərə daha dərindən təsir göstərəcək.
Seymur ƏLİYEV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 09 İyul 2026 18:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















