Türkiyənin Milli Təhlükəsizlik Şurası terrorla mübarizəni müzakirə edir
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Türkiyənin Milli Təhlükəsizlik Şurasının (MTŞ) növbəti iclası Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilir.
Bu barədə "TRT Haber" məlumat yayıb.
Məlumata görə, iclas Prezident Administrasiyasının iqamətgahında keçirilir.
İclasda parlamentə təqdim olunan "Terrorsuz Türkiyə" qanun layihəsi, terror təşkilatının silahı yerə qoyması prosesi və bununla bağlı kəşfiyyat məlumatları müzakirə olunur.
Bununla yanaşı, terrorla mübarizə tədbirləri, regional və beynəlxalq təhlükəsizlik məsələləri də gündəmdədir.
Həmçinin müzakirələrdə ABŞ ilə İran arasında davam edən gərginliklə bağlı diplomatik təşəbbüslərin, Qara dənizdə gəmiçilik təhlükəsizliyinin qiymətləndirilməsi gözlənilir.
İclasda Kiprdəki son vəziyyət, Suriya və İraqdakı hadisələr, eləcə də İsrailin bölgədə həyata keçirdiyi hərbi əməliyyatların da müzakirə olunacağı bildirilir. /"Report"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 06 Avqust 2026 19:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















