Icma.az
close
up
RU
Menu

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Turpaket alarkən bunlara diqqət edin FOTO KONKRET

Turpaket alarkən bunlara diqqət edin FOTO KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Səyahət planlaşdıranların bəziləri daha rahat və sərfəli seçim kimi turizm şirkətlərinin təqdim etdiyi hazır paketlərə üstünlük verir. Adətən belə paketlər səyahəti daha rahat və sərfəli şəkildə planlamağın yollarından biri kimi təqdim olunur. Lakin bəzən turistlər səfərə gedərkən paketdə vəd edilən xidmətləri ala bilmirlər. Hotelin səviyyəsi, transfer, qidalanma, ekskursiyalar və əlavə ödənişlər kimi məsələlərdə vəd olunanlarla reallığın fərqli olması narazılığa səbəb olur. Bəzən insanlar hətta ödəniş etdikləri halda səfərin baş tutmaması halı ilə üzləşirlər. Bütün bunlar cəlbedici təkliflərin hər zaman problemsiz səyahət zəmanəti vermədiyini göstərir.

Bəs turpaket seçərkən aldanmamaq üçün nələrə diqqət etmək lazımdır?

KONKRET.az mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir:

Hər turşirkətə inanmaq olmaz

Turizmçi Anar Həsənov hesab edir ki, turpaket alarkən diqqətli olmaq lazımdır:

“Səyahət zamanı yaranan problemlər adətən müştərilərin tur şirkəti və təqdim olunan xidmətlər barədə əvvəlcədən kifayət qədər araşdırma aparmaması ilə bağlı olur. Hazırda bazarda çox sayda turizm şirkəti fəaliyyət göstərir. Onların əksəriyyəti onlayn xidmət edir. Buna görə də müştəri turpaket almazdan əvvəl müraciət etdiyi şirkət haqqında ətraflı məlumat toplamalıdır. Şirkətin fəaliyyətini, bazardakı təcrübəsini, müştəri rəylərini araşdırmaq, mümkün olduğu halda ofisinə gedərək fəaliyyət şəraiti ilə tanış olmaq lazımdır. Şirkətdə neçə nəfərin çalışması, hansı xidmətlərin göstərilməsi kimi məsələlər istehlakçı üçün müəyyən təsəvvür yarada bilər”.

Turizmçi bildirir ki, müştərilər turizm şirkətinin Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) üzvü olub-olmadığını da yoxlaya bilərlər:

“Assosiasiyaya üzvlük üçün müəyyən tələblər mövcuddur. Məsələn, ofisi olmayan və fəaliyyətinə digər iki turizm şirkətinin zəmanəti verilməyən şirkətlərin Assosiasiyaya üzvlüyü mümkün deyil”. Turizmçinin fikrincə, turpaket əldə edərkən yalnız qiymətə diqqət yetirmək düzgün deyil: “Turun qiymətinə hansı xidmətlərin daxil olduğu – aviabilet, hotel, transfer, sığorta, ekskursiyalar və digər xidmətlər əvvəlcədən dəqiqləşdirilməlidir. Müştəri şirkətlə bağladığı müqavilənin şərtlərini diqqətlə oxumalı, ödənişin hansı qaydada həyata keçirildiyini və turun hər hansı səbəbdən baş tutmaması halında pulun geri qaytarılması şərtlərini əvvəlcədən öyrənməlidir”.

A.Həsənov bildirir ki, istehlakçılar riskləri azaltmaq üçün uzun müddətdir bazarda fəaliyyət göstərən, haqqında kifayət qədər məlumat olan və müştərilər arasında nüfuza malik turizm şirkətlərinə üstünlük verməlidirlər.

“Şirkəti məhkəməyə verib pullarını geri ala bilərlər”

Turizm bələdçisi Aytac Nəzərlinin fikrincə, turpaket alınan şirkətin etibarlılığını öyrənmək üçün internetdə axtarış edilməlidir:

“Şirkətin sosial media hesablarını diqqətlə izləmək lazımdır. Göstərilən xidmət haqqında insanların rəyləri də müəyyən ilkin rəy formalşdırır. Əgər fəaliyyəti ilə bağlı cəmi 2-3 rəy varsa, o şirkətə inanmaq olmaz. Nümayəndə ilə onlayn əlaqə saxlamaq yox, birbaşa ofisə getmək lazımdır. Əgər ofis yoxdursa, yalnız onlayn xidmət göstərirlərsə, demək şirkət etibarlı deyil. Bu yaxınlarda dini tur adı ilə zəvvarların pulunu onlayn qaydada yığıb aradan çıxan turizm şirkəti buna əyani misaldır. Mənə bələdçi kimi iş təklif olunanda da turu götürməmiş ofisə gedirəm”.

Turizmçi bildirir ki, turpaketlər müqavilə əsasında alınmalıdır: “Şirkətlə turist arasında müqavilə bağlanmalıdır. Sənəddə göstəriləcək bütün xidmətlər aydın qeyd olunmalıdır. Səyahət zamanı müqavilədə qeyd olunan xidmətlər olmazsa, əlavə xərclər çıxarsa, vətəndaşlar şirkəti məhkəməyə verib pullarını geri ala bilərlər”.

A.Nəzərli bildirir ki, turizm şirkəti lisenziyalı olmalı, ATAA-nın üzvlüyünü daşımalıdır: “Hər qarşıya çıxan şirkətə pul verib “məni Fransaya və ya başqa ölkəyə göndər” demək olmaz”.

Vətəndaşı qoruyan müqavilə

Hüquqşünas Ruslan Vəliyev hesab edir ki, vətəndaş turpaket alarkən ilk növbədə müraciət etdiyi turizm şirkətinin ATAA-nın üzvü olub-olmadığnı yoxlamalıdır:

“Düzdür, bu da hüquqi baxımdan tam təminat deyil. Əgər aldatmaq istəyəcəksə, bunu assosiasiyanın üzvü olan şirkət də edə bilər. Sadəcə, təcrübə göstərir ki, bu təşkilata üzv olan şirkətlər müştəri ilə münasibətə daha məsuliyyətli olurlar”.

Hüquqşünasın sözlərinə görə, hüquqi baxımdan ən önəmlisi turizm şirkəti ilə vətəndaş arasında olan müqavilədir: “Bizim vətəndaşlar çox vaxt o müqaviləyə önəm vermirlər, hətta oxumurlar. Bir çox hallarda vətəndaş “ucuz, sərfəli paket qazanmışam” deyə, o qədər sevincli olur ki, müqavilənin şərtlərini oxumur. Təbii ki, müqavilə bağlanandan sonra da heç kim başına gələcək hadisələrdən qorunmur. Vətəndaş xaricdə müxtəlif hadisələrlə qarşılaşa, müəyyən xərclərə düşə bilər. Amma müqavilə olarsa, şəxsin çəkdiyi xərcləri tələb etmək hüququ yaranır. Vətəndaşı qoruyan onun müqaviləsidir. Vətəndaş sənədi oxuyarkən hansı şərtlə razı deyilsə, onun dəyişdirilməsini tələb edə bilər”.

Hadisələr videoya çəkilməli, əlavə ödənişlərin qəbzləri saxlanılmalıdır

Hüquqşünas bildirir ki, vətəndaş başına gələn hadisəni videoya çəkməli, əlavə ödənişlərin qəbzlərini saxlamalıdır:

“Ölkəyə qayıdandan sonra məhkəmə qaydası ilə həm maddi, həm mənəvi zərəri tələb edib pulunu geri ala bilər. Belə vəziyyətdə məhkəmələr 99 faiz vətəndaşın xeyrinə qərar çıxarır”.

R.Vəliyev bildirir ki, sosial platformalarda reklam olunun turşirkətlərin də hamısına etibarsızdır demək olmaz:

“Elə şirkətlər var ki, özlərini reklam edirlər və vədlərini də yerinə yetirirlər. “Reklam haqqında qanun”da yalan xidmət, aldadıcı reklam qadağandır. Vətəndaş reklamda göstərilən xidməti ala bilməsə, şikayət edə bilər. Bu, artıq istehlakçının aldadılmasıdır. Buna görə həm İnzibati Xətalar Məcəlləsində, həm də Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Oktyabr 2026 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see338

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see306

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see293

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see290

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see281

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see281

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see248

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see244

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see209

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see208

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see204

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see202

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see200

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see197

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see194

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see192

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see189

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see186

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see166

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri