Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Üçrəngli bayrağımızın əzəməti zirvələrə yüksələn milli qürurumuz və dövlətçilik rəmzimiz ŞƏRH

Üçrəngli bayrağımızın əzəməti zirvələrə yüksələn milli qürurumuz və dövlətçilik rəmzimiz ŞƏRH

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan bayrağı yüksəldiyi hər yerdə bir xalqın qürurunu, bir dövlətin qüdrətini və müstəqilliyin sarsılmazlığını nümayiş etdirir. Bu bayraq bəzən beynəlxalq idman arenalarında qalib idmançılarımızın uğurunu dünyaya bəyan edir, bəzən dövlət başçısının andiçmə mərasimində ehtiramla öpülərək dövlətə sədaqətin rəmzinə çevrilir, bəzən də illərlə həsrətində olduğumuz doğma torpaqlarımızda azadlığın və tarixi Qələbənin müjdəçisi kimi dalğalanır. Üçrəngli bayrağımızın hər yüksəlişində Azərbaycanın şərəfli tarixi, xalqımızın mübarizə əzmi və gələcəyə inamı yaşayır. O, dünənimizin yaddaşı, bu günümüzün qüruru, sabahımızın isə əbədi rəmzidir.
Azərbaycanın üçrəngli Dövlət Bayrağı xalqımızın milli kimliyinin, dövlət müstəqilliyinin, azadlıq iradəsinin və sarsılmaz birliyinin ən müqəddəs rəmzlərindən biridir. Onun hər bir rəngində xalqımızın tarixi, milli-mənəvi dəyərləri, dövlətçilik ənənələri və gələcəyə olan inamı öz əksini tapır. Mavi rəng türkçülüyümüzü, qırmızı rəng müasirliyi və inkişafı, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubluğumuzu ifadə edir. Aypara və səkkizguşəli ulduz isə milli rəmzlərimizin ayrılmaz tərkib hissəsidir.
Bu gün üçrəngli bayrağımızın əzəməti Azərbaycanın bütün uğurlarında, beynəlxalq nüfuzunda, idman arenalarında qazandığı qələbələrdə, dövlətçilik mərasimlərində və azad edilmiş doğma torpaqlarımızda dalğalanmasında aydın görünür. Bayrağımızın yüksəldiyi hər bir məkan xalqımızın qüruruna, dövlətimizin gücünə və müstəqilliyimizin əbədiliyinə çevrilir.
Bayrağımızın yüksəlişini ən qürurverici şəkildə beynəlxalq idman yarışlarında görürük. Azərbaycan idmançıları mötəbər yarışlarda qızıl medallar qazandıqda, üçrəngli bayrağımız qalib ölkənin rəmzi kimi ən yüksək zirvəyə qaldırılır, Dövlət Himnimiz səsləndirilir. Həmin anlarda idmançımızın sevincində bütöv bir xalqın qüruru, milyonlarla insanın fərəhi və Vətənə bağlılığı yaşayır. Dünyanın müxtəlif ölkələrində üçrəngli bayrağımızın yüksəlməsi Azərbaycanın tanınması, milli iradəmizin və dövlətimizin nüfuzunun nümayişidir. Hər bir idman qələbəsi bayrağımızın şöhrətini daha da artırır, onu yeni zirvələrə daşıyır.
Dövlət Bayrağımızın müqəddəsliyini və dövlətçilik həyatımızdakı xüsusi yerini nümayiş etdirən ən əlamətdar məqamlardan biri də Prezidentin andiçmə mərasimidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin andiçmə mərasimində Dövlət Bayrağına ehtiram göstərməsi, ona təzim edərək öpməsi dövlət rəmzlərinə olan dərin hörmətin, Vətənə sədaqətin və dövlətçilik məsuliyyətinin ifadəsidir. Bu mənzərə hər bir Azərbaycan vətəndaşına mühüm mesaj verir: dövlətə xidmət etmək, onun müstəqilliyini qorumaq və bayrağına ehtiram göstərmək ən böyük mənəvi vəzifələrdəndir. Çünki bayrağa göstərilən hörmət əslində Vətənə, xalqa, dövlətə və onun tarixinə göstərilən hörmətdir.
Üçrəngli bayrağımızın tarixində ən möhtəşəm və unudulmaz səhifələrdən biri isə işğaldan azad edilmiş doğma torpaqlarımızda yenidən dalğalanmasıdır. Uzun illər həsrətində olduğumuz Qarabağ və Şərqi Zəngəzur torpaqlarında Azərbaycan bayrağının ucaldılması xalqımızın tarixi ədalətin bərpasına olan inamının təntənəsi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Qələbə nəticəsində torpaqlarımız işğaldan azad edildi. Azad edilən ərazilərdə üçrəngli bayrağımızın ucaldılması isə suverenliyimizin, milli iradəmizin və dövlətimizin ərazi bütövlüyünün rəmzinə çevrildi.
Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa və digər azad edilmiş ərazilərimizdə bayrağımızın dalğalanması illərlə çəkilən həsrətin sona çatdığını, Vətən torpaqlarının öz sahibinə qovuşduğunu bütün dünyaya nümayiş etdirdi. Xüsusilə Şuşada, Xankəndidə və digər şəhər və yaşayış məntəqələrimizdə üçrəngli bayrağımızın ucaldılması milli qürurumuzun ən yüksək ifadəsinə çevrildi. Bu bayraq uğrunda canından keçən şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı, əsgər və zabitlərimizin fədakarlığı dayanır. Ona görə də azad torpaqlarda dalğalanan hər bir bayrağa baxarkən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, onların bizə əmanət etdiyi Vətənin qədrini daha dərindən anlayırıq.
Bu gün Azərbaycanın üçrəngli bayrağı təkcə ölkə daxilində deyil, dünyanın müxtəlif beynəlxalq təşkilatlarının, diplomatik nümayəndəliklərin və mötəbər tədbirlərin keçirildiyi məkanların qarşısında da dalğalanır. Bu, müstəqil Azərbaycanın beynəlxalq münasibətlər sistemində özünəməxsus yeri və artan nüfuzunun göstəricisidir. Bayrağımızın dünyanın müxtəlif ölkələrində dalğalanması dövlətimizin siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əldə etdiyi uğurların rəmzi kimi qəbul olunur.
Lakin bayrağa sevgi yalnız onun yüksəldiyi anlarda qürur duymaqla məhdudlaşmamalıdır. Hər bir vətəndaş dövlət bayrağını gündəlik həyatında da uca tutmalı, onun təmsil etdiyi dəyərlərə hörmətlə yanaşmalı, dövlətçiliyimizin möhkəmləndirilməsinə öz töhfəsini verməlidir. Gənc nəslin milli ruhda, vətənpərvərlik və dövlətə sədaqət prinsipləri əsasında tərbiyə olunmasında Dövlət Bayrağımızın xüsusi rolu vardır. Çünki bayrağını sevən, onun tarixini və mənasını bilən, uğrunda mübarizə aparan gənclik dövlətinin gələcəyinə sahib çıxan gənclikdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində milli rəmzlərimizə, xüsusilə Dövlət Bayrağına ehtiramın təşviqi mühüm yer tutur. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etmiş, beynəlxalq mövqelərini möhkəmləndirmiş güclü dövlətdir. Bu reallığın ən aydın ifadələrindən biri də üçrəngli bayrağımızın ölkəmizin hər guşəsində qürurla dalğalanmasıdır.
Nəticə etibarilə, üçrəngli bayrağımızın əzəməti onun idman yarışlarında ən yüksək zirvəyə qalxmasında, Prezidentin andiçmə mərasimində ehtiramla öpülməsində, işğaldan azad edilmiş torpaqlarımızda qələbə və suverenlik rəmzi kimi ucaldılmasında təcəssüm olunur. Bu üç mənzərə bir həqiqəti ifadə edir: bayrağımız xalqımızın qüruru, dövlətimizin gücü və müstəqilliyimizin əbədi nişanəsidir.
Bayrağımız yüksəldikcə Azərbaycanın şöhrəti yüksəlir, bayrağımız dalğalandıqca xalqımızın qüruru daha da artır. Üçrəngli bayrağımız hər zaman zirvələrdə, könüllərimizdə və gələcək nəsillərin yaddaşında əbədi dalğalansın!

Rauf Nəcəfov
YAP Sədərək rayon təşkilatının məsləhətçisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Noyabr 2026 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see317

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see276

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see259

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see256

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see251

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see245

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see241

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see222

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see218

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see217

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see215

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see212

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see210

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see207

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see198

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see183

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see176

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri