Ukraynanın gələn ilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 4 oktyabr, AZƏRTAC
Ukraynanın 2027-ci ildə hərbi xərclərinin 108,3 milyard dollar olacağı proqnozlaşdırılır.
AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, Ukraynanın gəlirləri isə gələn il cəmi 71,7 milyard dollar təşkil edir ki, buna dövlət istiqrazlarının satışından, özəlləşdirmədən və qrantlardan əldə edilən gəlirlər də əlavə olunsa, bu, 82,9 milyard dollar olacaq.
İlkin büdcə layihəsində Ukraynanın yalnız hərbi xərcləri ödəmək üçün Qərb sponsorlarından əlavə 25,4 milyard dollara ehtiyacı olduğu proqnozlaşdırılırdı. Bu, Kiyevin daxili gəlir əldə etməyi planlaşdırdığı ümumi gəlirin təxminən 131 faizini təşkil edir.
Qeyd edək ki, Ukraynanın 2026-cı il büdcəsi hazırlanarkən hərbi xərclərə ayrılan vəsait 66 milyard dollar planlaşdırılırdı. 10 iyunda Ali Rada 2026-cı il üçün vəd edilmiş Aİ kreditinin birinci yarısından istifadə etməklə bu xərcləri daha 35 milyard dollar artıran qanun qəbul etdi. Daha sonra Kiyev hərbi xərclər üçün əlavə 27 milyard dollara ehtiyacı olduğunu açıqladı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 04 Oktyabr 2026 07:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















