Icma.az
close
up
RU
Umut Berhan Şen: Azərbaycan Mərkəzi Asiyanın Cənubi Qafqazla inteqrasiyasında birləşdirici həlqə rolunu oynayır

Umut Berhan Şen: Azərbaycan Mərkəzi Asiyanın Cənubi Qafqazla inteqrasiyasında birləşdirici həlqə rolunu oynayır

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 3 sentyabr, AZƏRTAC

Avrasiya coğrafiyasında geosiyasi və geoiqtisadi proseslərin sürətlə dəyişməsi regiondakı qüvvələr nisbətinə, nəqliyyat-logistika marşrutlarına və dövlətlərin strateji prioritetlərinə ciddi təsir göstərir. Qarabağın işğaldan azad olunması ilə yaranan yeni reallıq, xüsusilə Cənubi Qafqaz və Xəzərin hər iki sahilində yeni bağlantı imkanlarının formalaşmasına mühüm təsir edib. Bu proses Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərini və Trans-Xəzər bağlantısında rolunu ön plana çıxarıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında türk siyasi ekspert, “Global Savunma” jurnalının şöbə müdiri Umut Berhan Şen deyib.

Ekspert bildirib ki, Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərini və Orta Dəhlizdəki mərkəzi mövqeyini üç əsas istiqamət üzrə qiymətləndirmək mümkündür.

“Birinci istiqamət Azərbaycanın “qapı” rolundan “onurğa” və qurucu həlqə mövqeyinə keçməsidir. Uzun illər Azərbaycan yalnız Qərbin Xəzər enerji resurslarına çıxışını və Mərkəzi Asiyaya keçidi təmin edən passiv “qapı” kimi təqdim olunub. Lakin bu Azərbaycanın hazırki rolunu əks etdirmir. Azərbaycanı sadəcə keçidə imkan verən tranzit məntəqə kimi qiymətləndirmək olmaz. O bu gün marşrutları əlaqələndirən, yük və enerji axınlarını yönləndirən, lazım gəldikdə regional geosiyasi proseslərə təsir göstərən strateji mərkəzdir”, – deyə Umut Berhan Şen vurğulayıb.

Ekspert Zəngəzur dəhlizinin Orta Dəhlizin mühüm həlqələrindən birinə çevrilərək Orta Dəhlizin fəaliyyətini məhdudlaşdıran bəzi “dar boğazların” aradan qaldırılması baxımından strateji əhəmiyyət daşıdığnı qeyd edib. O Azərbaycanın Mərkəzi Asiya türk dövlətləri ilə münasibətlərinin bu prosesin mühüm hissəsi olduğunu diqqətə çatdırıb.

“Bakının Daşkənd, Astana, Aşqabad və Bişkeklə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərini inkişaf etdirməsi regionda yeni əməkdaşlıq modelinin formalaşmasına xidmət edir. Bu münasibətlər Mərkəzi Asiyanın yalnız böyük güclərin – Rusiya, Çin və ABŞ-nin rəqabət meydanı kimi deyil, öz daxili potensialına və qarşılıqlı əməkdaşlığa əsaslanan inteqrasiya olunmuş aktor kimi çıxış etməsinə imkan yaradır. Azərbaycan Mərkəzi Asiyanın Cənubi Qafqazla inteqrasiyasında birləşdirici həlqə rolunu oynayır”, – deyə ekspert bildirib.

U.B.Şen ikinci mühüm istiqamətin Orta Dəhliz, enerji və investisiyalar əsasında yeni ortaq geoiqtisadi məkanın formalaşması olduğunu bildirib. Belə ki, Rusiya–Ukrayna müharibəsi və tətbiq olunan sanksiyalar nəticəsində Şimal Dəhlizində risklərin artması, Cənub Dəhlizinin isə geosiyasi gərginliklər və yüksələn xərclər səbəbindən çətinliklərlə üzləşməsi diqqəti birbaşa Orta Dəhlizə yönəldib. Qarşıdakı dövrdə əsas məsələ Orta Dəhlizin sadəcə tranzit xətti olaraq qalması deyil, ortaq geoiqtisadi məkana çevrilməsidir.

“Xəzərin iki sahili artıq yalnız neft və qaz layihələri, o cümlədən TANAP vasitəsilə deyil, yaşıl enerji layihələri vasitəsilə də bir-birinə bağlanır. Türkmənistan qazının Azərbaycan üzərindən Türkiyə və Avropaya çatdırılması imkanları ilə yanaşı, Qazaxıstan və Özbəkistanın bərpaolunan enerji potensialının Xəzər dənizi üzərindən elektrik kabelləri vasitəsilə Azərbaycan və Gürcüstan üzərindən Avropaya çatdırılması regionu qlobal enerji transformasiyasının mühüm mərkəzlərindən birinə çevirə bilər”, – deyə o bildirib.

Ekspert üçüncü əsas istiqamət kimi Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) strateji məkanındakı rolunu qeyd edib. “Azərbaycanın ŞƏT məkanına verə biləcəyi əsas töhfələrdən biri Çinin ‘Bir kəmər, bir yol’ təşəbbüsü üçün təhlükəsiz və səmərəli tranzit imkanlarının yaradılmasıdır. Çin Avropa bazarlarına çıxış üçün Xəzər üzərindən Orta Dəhlizdən istifadə edə bilər. Bu marşrut həm məsafə, həm təhlükəsizlik, həm də geosiyasi risklərin şaxələndirilməsi baxımından mühüm üstünlüklərə malikdir. ŞƏT daha çox Rusiya və Çin mərkəzli təhlükəsizlik və iqtisadi əməkdaşlıq platforması kimi qəbul edilsə də, Azərbaycanın bu təşkilata yanaşması fərqli imkanlar yaradır. Azərbaycanın ŞƏT-də iştirakı təşkilatın Qərblə tam qarşıdurma xəttinə keçmədən daha balanslı, rasional və geniş Avrasiya baxışı formalaşdırmasına töhfə verir”, - deyə o əlavə edib.

Müxbir - Səbinə Əlizadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Sentyabr 2026 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see419

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see263

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see263

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see256

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see246

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see233

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see232

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see230

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see227

Hemofiliya xəstələrinin müalicəsində tibb bacılarının rolu artırılır REGIONLARDA SEMİNARLAR

14 Sentyabr 2026 12:43see224

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see222

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

14 Sentyabr 2026 14:04see220

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

14 Sentyabr 2026 14:42see216

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see216

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see213

Korporativ sosial məsuliyyət PR strategiyasının güclü alətidir

14 Sentyabr 2026 13:34see213

Birləşməyə hazırlaşan bankda dəyişiklik

14 Sentyabr 2026 12:38see211

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see209

Şəbnəm Tovuzlu 50 minlik qızıllarını nümayiş edirdi (Video)

14 Sentyabr 2026 14:11see205

​YENİ TƏDRİS İLİ, KÖHNƏ PROBLEM... Bakını nə gözləyir?

14 Sentyabr 2026 10:43see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri