“Uşaq hüquqları aylığı” çərçivəsində regionlarda maarifləndirici görüşlər təşkil olunub
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları tərəfindən Qusar, Cəbrayıl, Tərtər və Bərdə rayonlarında məktəblilərlə görüşlər keçirilib.
XQ xəbər verir ki, Qusar şəhərindəki T.İsmayılov adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində, Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd, Tərtər rayonunun R.Səfərov adına Sarıcalı kənd, Bərdə rayonunun şəhid Yasif Kərimov adına Yeni Daşkənd kənd tam orta məktəblərində təşkil olunan görüşlər zamanı uşaqlara ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələbləri, sağlam və təhlükəsiz ətraf mühitdə yaşamaq hüququ barədə məlumat verilib, təbiətin mühafizəsində uşaqların iştirakı və ekoloji məsuliyyətin əhəmiyyəti diqqətə çatdırılıb.
Eyni zamanda, Qusar şəhərindəki T.İsmayılov adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən görüşdə şagirdlərin tullantılardan hazırladığı əl işləri nümayiş etdirilib.
Bu görüşlər uşaqların hüquqi və ekoloji biliklərinin dərinləşdirilməsinə, ətraf mühitə qarşı məsuliyyətli münasibətin formalaşdırılmasına, eləcə də təbiətin mühafizəsinə yönəlmiş ekoloji düşüncə və davranış vərdişlərinin aşılanmasına mühüm töhfə verir.
M.MİRZƏ
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 05 Noyabr 2026 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















