VAR bizə simpatiya göstərmədi, bütün məsələlərdə Azərbaycanın xeyrinə qərar verildi Edqaras Yankauskas
Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Əsl mübarizə idi. İki eyni səviyyəli komandanın mübarizəsi oldu. Çox təəssüf ki, biz qol vura bilmədik. Azərbaycan bir fürsətdən istifadə etdi. Bəzi detallar ki, onlar haqda danışmaq istəmirəm. Artıq oyun keçirilib. Azərbaycanı qələbə münasibəti ilə təbrik edirəm".
Sportal.az xəbər verir ki, bu sözləri Litva milli komandasının baş məşqçisi Edqaras Yankauskas Millətlər Liqasının D liqasının 3-cü turunun Azərbaycana qarşı keçirilmiş görüşündən sonra deyib.
O, jurnalistlərin suallarını da cavablandırıb:
- Azərbaycanın Lixtenşteyni məğlub edə bilməməsi sizə motivasiya vermişdi?
- Əvvəlki matç tamam fərqli idi. Bizim üçün əhəmiyyət kəsb etmirdi. Biz bu oyuna kökləmmişdik. Buradakı ssenari daha fərqli idi. Biz cərimə meydançasına çoxlu hücumlar etdik. Əsl kişi mübarizəsi getdi. Hər iki komanda maksimumu etdi. Təəssüf ki, oyun bizim üçün məyusedici bitdi. Azərbaycan bir qolla nəticəyə nail oldu.
- Bu məğlubiyyətdən sonra qrup birinciliyi uğrunda mübarizədə geriyə düşdünüz?
- Riyazi olaraq, qrup birincisi olmaq imkanımız var. Amma bu, bizdən asılı deyil.
- Abdulla Xaybullayevə qırmızı vərəqə verilsə də, baş hakim VAR-a baxdıqdan sonra qərarını dəyişdi. VAR-la bağlı fikirləriniz necədir?
- Çox təəssüf ki, bu gün bütün qərarlar əleyhimizə oldu. VAR bizə simpatiya göstərmədi, bütün məsələlərdə Azərbaycanın xeyrinə qərar verildi. Vurulan qolda bizim oyunçuya qarşı kobudluq var idi. Amma nə hakim yoxladı, nə VAR qərarı dəyişdi. Qırmızı vərəqəyə gəldikdə, VAR-ın müdaxiləsindən sonra qərar dəyişdirildi. Halbuki oyunçumuz sürətlə gedirdi. Orada yüngül kontakta da vərəqə göstərilməliydi. VAR bu gün bizim yox, qarşı tərəfin xeyrinə qərarlar verdi.
- Dünən demişdiz ki, Valdas Dambrauskasla görüşəcəksiniz. Sirr deyilsə, nə haqda danışdınız?
- Bizə uğurlar arzuladı.
Mirbağırağa
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 04 Oktyabr 2026 19:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















