Vəfat edən futbolçu Xesus de Migelin xatirəsi oyunların 9 cu dəqiqəsində anılacaq
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İspaniya çempionatının növbəti turunda keçiriləcək qarşılaşmaların 9-cu dəqiqəsində "Tenerife" klubunun vəfat edən futbolçusu Xesus de Migelin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
Moderator.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, növbəti turun bütün oyunlarından əvvəl bir dəqiqəlik sükut elan olunacaq.
Xatırladaq ki, Xesus de Migel İspaniya çempionatının ikinci divizionunda "Tenerife" – "Andorra" matçı zamanı rəqib komandanın qapıçısı Xesus Ovono ilə toqquşduqdan sonra ürəktutması keçirib. Meydanda huşunu itirən futbolçuya ilkin tibbi yardım göstərilib və o daha sonra xəstəxanaya çatdırılıb. Lakin Migelin həyatını xilas etmək mümkün olmayıb.
30 yaşlı futbolçu 2025-ci ilin yayından "Tenerife"də çıxış edirdi. Xesus de Migel komandasında 9 nömrəli formanı geyinib. O, karyerası ərzində İspaniyanın digər klublarında da çıxış edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 05 Noyabr 2026 23:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















