Vətən xainlərinin şəbəkəsi bütün imkanları ilə üzərimizə hücuma keçib Fazil Mustafa
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Azərbaycan dövlətinə bağlı olan, onun bayrağını sevən, onun varlığını uca tutan hər kəs dövlətçiliklə bağlı verilən mesajların mahiyyətini düzgün dərk etməlidir".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa özünün sosial şəbəkə hesabında yazıb.
"Azərbaycan dövlətinə bağlı olan, onun bayrağını sevən, onun varlığını uca tutan kimə aydın deyil bu mesajlar? Dövlətimiz kənardan idarə olunan informasiya dronları ilə anbaan vurulur, indi dövlətimizi, onun dəyərlərini müdafiə etməyək?
Başqa ölkələrin dini ideologiyasının təbliğatçıları çoxunuzun beyninizi yuya bilər, çoxunuz öz yaşam lüksunuzu pozmamaq üçün bu dövlətin vəzifəsini tutub onun maraqlarını qorumaqdan yayına bilərsiniz, qaragüruhçu zehniyyətin qarşısında milli diplomlarınızın, ziyalı titullarınızın, mandatlarınızın içində toz kimi gizlənə bilərsiniz, bizlər bunu bacarmayacağıq! Bu dövlətin varlığını qorumaq kimi bir missiyamız var, bu millətin adını ucaltmaq deyə bir hədəfimiz var.
Bu dövlətin hüdudlarında keçirilən istənilən elmi konfransda, beynəlxalq tədbirdə, istənilən idman yarışında Azərbaycan himni səslənməlidir, Azərbaycanın üçrəngli bayrağına sayğı göstərilməlidir, Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsi anılmalıdır, İslam dininin müqəddəs kitabı və onun barışcıl mesajları baş tacı edilməlidir, Azərbaycanının milli havaları ilə meydana çıxmağa şərəf kimi baxılmalıdır!
Əlbəttə, günümüzün reallığı, babalarınızın ənənəsi deyibən İslam dininin yanlış məzhəbçi, təriqətçi, sektaçı yorumunu hər kəs öz həyatında, evinin içində yaşaya bilər, hər kəs öz xaricdəki ağasına, şeyxinə, siyasi avtoritetinə, oğru avtoritetinə ürəyində bağlı ola bilər, hər kəs başqa din mənsubiyyətini, hətta dinsizliyini belə bu məmləkətdə sərbəst yaşaya bilər, ancaq bunun ictimai-siyasi mühitimizə bir ideologiya kimi soxuşdurulmasına, dünyəvi dövlətin prinsiplərinin pozulmasına imkan tanımamalıyıq", – deyə komitə sədri bildirib.
F.Mustafanın sözlərinə görə, dünyəvi dövlət modelinin qorunması cəmiyyətin inkişafı və dini azadlıqların təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
"Diqqət yetirin, haradakı dünyəvi dövlət var, orada insanlar dinlərini də səmimi yaşayırlar. Haradakı istər xristian, istər islam, istər yəhudi, istərsə də buddist zehniyyət və güc hakimdir, orada inanc zorakılığı, din üzərindən mənasız savaşlar yayğınlaşır.
Bu tendensiyanı durdura bilməsək dini-teokratik düşüncə babalarımızın qurduğu cümhuriyyət ideallarını sıradan çıxarıb Azərbaycanı ətrafımızdakı geriçi cəmiyyətlərə çevirə bilər. Çevrəmizdəkilərin hansı xəstəliklərə yoluxduqlarına məgər görmürsünüz? Bu virusun necə yayıldığını məgər hiss etmirsiniz?" – deyə deputat qeyd edib.
Deputat bildirib ki, bu məsələlərlə bağlı mövqeyini bundan sonra da dəyişməyəcək və dövlət maraqları naminə fikirlərini açıq şəkildə ifadə etməyə davam edəcək.
"Tək qalsam belə bu millət üçün, bu dövlət üçün faydalı olanı söyləməyə, yazmağa davam edəcəyəm. Eşidiləcək, eşidilməyəcək, bunun heç bir fərq yoxdur. Məgər XIX əsrin tənha cəngavərləri Mirzə Fəthəlini, Seyyid Əzimi, Həsən bəy Zərdabini zamanında kimsə eşidirdi?
Unutmayın ki, bu göz bəbəyimiz olan bu cümhuriyyəti həyat idealı ancaq ağasının məzarını ziyarət etmək olan Məhəmmədhəsən əmilərin çoxluğu qurmayıb, az sayda o tənha cəngavərləri eşidən məsuliyyətli düşüncə adamlarımız qurub.
Yenə də və təəssüf ki, Məhəmmədhəsən əminin idealı Mirzə Fəthəlinin idealına güc göstərməyə çalışır və bunu da səssizliyimizlə seyr etməyə çalışırıq. Yenə də vətən xainlərinin şəbəkəsi bütün imkanları ilə üzərimizə hücuma keçir, yenə də bu dövlətin keyfini çıxaranların cınqırı çıxmır, ancaq əminəm ki, irəlidəki günlərdə bu təhlükə barədə xəbərdarlığımızı nəhayət ki, anlamağa başlayacaqlar", – deyə Fazil Mustafa vurğulayıb.
AYSEL
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 09 İyul 2026 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















