Vüsal Murtuzəliyev: “Məhmət Fəthlər Sultanı” serialında səsləndirdiyim Konstantin çox emosional rol idi
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 3 sentyabr, AZƏRTAC
Səsləndirdiyim obrazlar arasında seçim etmək çətin olar. Məsələn, AzTv-də yayımlanan “Məhmət Fəthlər Sultanı” serialında səsləndirdiyim Konstantin çox xarakterik və emosional rol idi. Elə rolları mən çox sevdiyimə görə, onu səsləndirməkdən zövq almışam.
Bunu AZƏRTAC-a açıqlamasında dublyaj aktyoru Vüsal Murtuzəliyev deyib.
O qeyd edib ki, dublyaj zamanı yalnız səsin obraza uyğunluğu deyil, aktyorun yaratdığı xarakterin düzgün ifadə olunması da vacibdir. “Dublyaj aktyoru ekranda oynayan aktyorun bütün emosiyalarını səsi ilə çatdırmalıdır. Aktyor ağlayırsa, qışqırırsa və ya qaçarkən tənginəfəs qalırsa, həmin emosional vəziyyət səsləndirmədə də öz əksini tapmalıdır”, – deyə müsahib əlavə edib.
Müxbir – Fidan Əlizadə
Fotoqraf – Səfiyar Məcnun
Videooperator – İlham Nadirov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 03 Sentyabr 2026 18:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















