WUF13 urbanizasiya, sosial rifah və iqlim məsələlərini qlobal gündəmə gətirməklə yadda qaldı POLİTOLOQ DANIŞDI
Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.
“WUF 13 ilk növbədə Azərbaycanın qlobal şəhərsalma və urbanizasiya gündəminin əsas müzakirə platformalarından birinə ev sahibliyi etməsi ilə yadda qaldı. Məlumdur ki, forumun əsas mövzusu “Dünya üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” idi. Forum çərçivəsində qlobal mənzil böhranı, şəhərlərin iqlim dəyişikliklərinə davamlılığı, inklüziv inkişaf və dayanıqlı urbanizasiya məsələləri müzakirə olundu”.
Bu sözləri SİA -ya açıqlamasında politoloq Yusif Bağırov bildirib.
Onun sözlərinə görə, WUF13-ün ən mühüm nəticələrindən biri urbanizasiya problemlərinin artıq yalnız memarlıq və infrastruktur məsələsi deyil, həm də sosial və iqtisadi təhlükəsizlik məsələsi kimi təqdim olunması oldu:
”Dünyada təxminən 3 milyard insanın adekvat mənzil şəraitindən məhrum olması, şəhərlərdə əhali artımının sürətlənməsi və iqlim risklərinin yüksəlməsi forumun əsas müzakirə mövzularına çevrildi. Bu baxımdan tədbir beynəlxalq ictimaiyyətin diqqətini qlobal mənzil böhranına yönəltməyi bacardı.
Azərbaycan üçün isə WUF13 təkcə beynəlxalq tədbir deyil, həm də ölkənin son illərdə həyata keçirdiyi şəhərsalma siyasətinin təqdimat meydanı oldu. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, eləcə də şəhər planlaşdırılması sahəsində həyata keçirilən layihələr beynəlxalq ekspertlərin diqqətinə çatdırıldı. Forum Azərbaycanın regional urbanizasiya mərkəzi kimi mövqeyini gücləndirməyə xidmət etdi.
Tədbirin diqqətçəkən tərəflərindən biri də müxtəlif ölkələrdən hökumət nümayəndələrinin, şəhər rəhbərlərinin, ekspertlərin, biznes dairələrinin və vətəndaş cəmiyyəti institutlarının eyni platformada bir araya gəlməsi oldu. Bu, WUF13-ü gələcək şəhərlərin inkişaf istiqamətlərinin müəyyənləşdirildiyi qlobal dialoq məkanına çevirdi. Forum çərçivəsində keçirilən nazirlər görüşü, şəhər rəhbərlərinin toplantıları və müxtəlif assambleyalar urbanizasiya sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyət daşıyırdı.
WUF13 həm də qəbul edilən “Bakı Çağırışı” ilə yadda qaldı. Bu sənəd qlobal mənzil böhranının həlli, dayanıqlı şəhərlərin qurulması və yeni urbanizasiya gündəliyinin həyata keçirilməsi istiqamətində beynəlxalq fəaliyyət üçün mühüm siyasi mesaj kimi qiymətləndirilir. Forumun nəticələrinin gələcəkdə BMT-nin şəhərsalma və dayanıqlı inkişaf siyasətlərinə təsir göstərəcəyi gözlənilir.
WUF13-ü yadda qalan edən əsas amil onun təkcə şəhərsalma məsələlərinin müzakirə olunduğu tədbir olmaması, urbanizasiya, sosial rifah, iqlim təhlükəsizliyi və iqtisadi inkişaf arasında əlaqələri qlobal miqyasda gündəmə gətirməsi oldu. Azərbaycan üçün isə forum beynəlxalq nüfuzun gücləndirilməsi, şəhərsalma təcrübəsinin təqdim edilməsi və yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından mühüm diplomatik və strateji platforma kimi qiymətləndirilə bilər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 04 İyun 2026 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















