Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xalq artisti Röya Ayxanın çıxışı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, pop ulduz şəxsi tədbirlərə dəvətlərlə bağlı fikirlərini bölüşüb. Sənətçi ad günləri və toylarla bağlı həmkarlarına müraciət edərək səmimi etiraf edib.
Röya bildirib ki, şəxsən özünün ad günlərinə dəvət olunmamasından qəti şəkildə heç kimdən incimədiyini vurğulayıb. O, həmçinin toylara qonaq qismində deyil, sənətçi kimi dəvət edilməsinin tərəfdarı olduğunu vurğulayıb.
"Ad gününə sizi çağırmayacağam, siz də çağırmayın. Heç birinizdən incimərəm, öpürəm sizi. Çağırmasanız, qətiyyən heç birinizdən incimirəm. Toylarınıza da qonaq kimi çağırmayın. Çağırsanız da, iş kimi dəvət edin, qonorarla. Şəxsən özümü çağırmayın. Məni bəzəyirlər, geyindirirlər, musiqiçilərim var", - deyə müğənni bildirib.
Sənətçinin bu sözləri sosial şəbəkə istifadəçiləri arasında müxtəlif reaksiyalara səbəb olub. Röya Ayxanın həmkarlarına ünvanladığı müraciət müzakirə mövzusuna çevrilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:258
Bu xəbər 01 Sentyabr 2026 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















