Icma.az
close
up
RU
Xəzər dənizinin dibi ilə Trans Xəzər Fiber Optik Kabel Xəttinin çəkilişi başa çatıb

Xəzər dənizinin dibi ilə Trans Xəzər Fiber Optik Kabel Xəttinin çəkilişi başa çatıb

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avropa ilə Asiya arasında Azərbaycan tərəfinin təşəbbüsü ilə həyata keçirilən “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində Xəzər dənizinin dibi ilə ilk fiber-optik kabelin çəkilməsi uğurla başa çatıb.

“AzerTelecom” və “Kazakhtelecom” şirkətləri tərəfindən icra olunan “Trans-Xəzər Fiber-Optik Kabel Xətti” layihəsinə əsasən Sumqayıt şəhərindən (Azərbaycan) Aktau şəhəri (Qazaxıstan) istiqamətində 380 kilometr uzunluğunda sualtı fiber-optik kabel xətti çəkilib. Xüsusi avadanlıqla təchiz olunmuş gəmi vasitəsilə zirehli fiber-optik kabel Xəzər dənizinin dibi ilə təhlükəsiz və dayanıqlı marşrut üzrə yerləşdirilib.

“AzerTelecom” şirkətinin Direktorlar Şurasının sədri Emil Məsimov layihənin strateji əhəmiyyətini vurğulayaraq qeyd edib: “Azərbaycan üzərindən yeni rəqəmsal dəhliz yaradacaq “Rəqəmsal İpək Yolu” layihəsinin əsas komponentlərindən biri Xəzər dənizinin dibi ilə fiber-optik kabel xəttinin çəkilməsidir. Layihəni texniki baxımdan mürəkkəbləşdirən əsas amil Xəzər dənizinin dibi ilə belə bir infrastrukturun ilk dəfə yaradılması idi. Bu mərhələnin uğurla tamamlanması tezliklə Xəzər dənizi üzərindən Avropa ilə Asiya arasında trafik mübadiləsinin başlamasına imkan verəcək”.

Hazırda kabel xəttinin sahilyanı infrastrukturla inteqrasiyası, həmçinin yerüstü infrastrukturun tikintisi üzrə işlər davam etdirilir. “Trans-Xəzər Fiber-Optik Kabel Xətti” layihəsinin 2026-cı ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.

Xəzər dənizində ilk sualtı rəqəmsal marşrut regionda 400 terabit/saniyədən çox yüksəksürətli internet bağlantısını, böyük həcmdə məlumat mübadiləsini təmin edəcək, həmçinin regionda rəqəmsal xidmətlərin inkişafına töhfə verəcək.

Trans-Xəzər Fiber-Optik Kabel Xətti “Rəqəmsal İpək Yolu”  layihəsinin önəmli hissəsidir. Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Bolqarıstan ərazilərindən keçəcək rəqəmsal telekommunikasiya dəhlizi - “Rəqəmsal İpək Yolu” məlumatların ötürülməsində yüksək zolaq genişliyi və minimal gecikməni təmin edən ən optimal və qısa marşrut olmaqla ölkələr arasında regional əməkdaşlığa və dayanıqlı inkişafa təkan verəcək.

“AzerTelecom” haqqında

"AzerTelecom" regionun ən böyük beynəlxalq magistral operatoru olmaqla internet trafikinin topdansatışı, tranziti, transmissiya və s. xidmətləri təqdim edir. “AzerTelecom” müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibində olan “Azerconnect Group”a daxildir.

“Kazakhtelecom” haqqında

Kazakhtelecom” Qazaxıstanın ən böyük telekommunikasiya şirkətidir və milli telekommunikasiya operatoru statusuna malikdir. Şirkət sabit telefon, genişzolaqlı internet, rəqəmsal televiziya, mobil rabitə və digər telekommunikasiya xidmətləri təqdim edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Avqust 2026 23:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see395

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see219

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see215

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see204

Tarqovı da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı FOTO VİDEO

14 Avqust 2026 19:40see190

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see181

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see180

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see178

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see177

Hörmüzdən 13 gəmi keçib

15 Avqust 2026 01:14see177

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see172

Bu səfirin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatdı

15 Avqust 2026 09:38see171

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see170

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see170

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see170

Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? Kardioloqlardan açıqlama

15 Avqust 2026 08:07see169

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see163

Bu qidalar prostat xərçəngi riskini artırır

15 Avqust 2026 02:03see160

La Liqa 2026/27 mövsümü: 15 16 avqust matçlarının təqvimi və rəqabət in TƏHLİLİ

15 Avqust 2026 16:26see160

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri