Icma.az
close
up
RU
YAP Qusar rayon təşkilatının yeni sədri ictimaiyyətə təqdim olundu FOTO

YAP Qusar rayon təşkilatının yeni sədri ictimaiyyətə təqdim olundu FOTO

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İyulun 6-da Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib. İclasın gündəliyində təqaüd yaşına çatmış bir sıra rayon təşkilatları sədrlərinin vəzifədən azad edilməsi məsələsi müzakirə olunub və müvafiq qərarlar qəbul olunub. Bu çərçivədə YAP Qusar rayon təşkilatında da kadr dəyişikliyi həyata keçirilib. Uzun illər YAP Qusar rayon təşkilatına rəhbərlik etmiş David İbramxəlilov təqaüd yaşına çatması ilə əlaqədar tutduğu vəzifədən azad edilib. Partiya İdarə Heyətinin qərarına əsasən, rayon təşkilatının sədri vəzifəsinə Kamran Miran oğlu Əmirov təyin olunub.
Bizim.Media-nın Şimal bürosunun məlumatına görə, iyulun 7-də yeni təyin edilmiş sədrin Qusar Rayon İcra Hakimiyyətində təqdimat mərasimi baş tutub.
Təqdimat mərasimində Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı təşkilatı şöbəsinin baş məsləhətçisi Orxan Bayramov, YAP Qusar rayon təşkilatının sabiq sədri David İbramxəlilov, RİH Başçısı Aparatının məsul şəxsləri, müxtəlif idarə və müəssisələrin rəhbərləri, habelə ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin Qusar şəhərində abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin xatirəsi ehtiramla yad edilib.
Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
 

Açılış nitqi ilə çıxış edən YAP Mərkəzi Aparatının məsul əməkdaşı Orxan Bayramov YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun salamlarını tədbir iştirakçılarına çatdırıb, yeni sədrə uğurlar arzulayıb.


O, David İbramxəlilovun rəhbərlik etdiyi dövrdə rayon təşkilatında səmərəli fəaliyyətin həyata keçirildiyini, Rayon İcra Hakimiyyəti və digər aidiyyəti qurumlarla birgə dövlətçilik maraqlarına xidmət edən mühüm işlərin görüldüyünü vurğulayıb və yeni sədrin də fəaliyyətini eyni ardıcıllıqla davam etdirəcəyinə inamını ifadə edib.
Sabiq sədr David İbramxəlilov 16 il ərzində tutduğu vəzifəsini icra edərkən rayonda məsuliyyətlə çalışdığını qeyd edib.
O, bu yolda ictimaiyyətin ona göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin davamçısı olduğunu vurğulayan David İbramxəlilov bundan sonra da rayonun ictimai-siyasi həyatında fəal iştirak edəcəyini diqqətə çatdırıb.
 

Yeni təyin edilmiş sədr Kamran Əmirov ona göstərilən etimada görə təşəkkürünü ifadə edərək, bu etimadı hər zaman doğruladacağını bəyan edib. O, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə, partiyanın İdarə Heyətinə, Mərkəzi Aparatına, həmçinin Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanova minnətdarlığını ifadə edərək, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün bütün səylərini səfərbər edəcəyini bildirib.


Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov uzun illər səmərəli fəaliyyət göstərmiş David Nürəddin oğlu İbramxəlilova təşəkkürünü bildirib, ona möhkəm cansağlığı və xoş təqaüd həyatı arzulayıb. Kamran Əmirovu təbrik edərək ona fəaliyyətində uğurlar arzulayan icra başçısı YAP-ın şərəfli tarixi yolundan, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından danışaraq qeyd edib ki, hazırda Yeni Azərbaycan Partiyası ölkədə aparıcı siyasi qüvvə olaraq dövlətçiliyimizin əsas dayaqlarından biridir.
Rayon rəhbəri fəaliyyətə başladığı gündən YAP Qusar rayon təşkilatı ilə sıx və səmərəli əməkdaşlıq münasibətlərinin qurulduğunu vurğulayaraq, bundan sonra da bu əməkdaşlığın rayonun hərtərəfli inkişafı naminə davam etdiriləcəyini bildirib.
Tədbirdə, həmçinin Rayon Ağsaqqallar Şurasının sədri Sənan Xəlilov və partiya veteranı Əliyulla Ağalarov çıxış edərək yeni sədrə uğurlar arzulayıblar və ona olan etimadı doğruldacağına əmin olduqlarını bildiriblər.














Aytəkin Alxaslı, Şimal Bürosu, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://bizim.media
archiveBu xəbər 07 İyul 2026 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see262

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see227

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see225

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see213

Zelenski müharibəyə son qoymaq üçün əsas strategiyanı açıqladı

19 İyul 2026 18:51see206

Argentina İspaniya finalı 19/7/4 rəqəmlərinin sirri

19 İyul 2026 00:42see205

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see203

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see189

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see188

“Çelsi” Rocerslə bağlı “Aston Villa” ilə razılığa gəlib

19 İyul 2026 07:17see184

Wildberries hücumları Rusiya iqtisadiyyatının belini qıra bilər...

19 İyul 2026 18:13see178

Əksərinin zibilə atdığı kartof qabığının bilinməyən istifadələri

19 İyul 2026 10:15see176

Gündə 5 dəfə eyni şeyi yedi, 32 kilo arıqladı FOTO

18 İyul 2026 09:09see170

Runi Holanda mərcdə uduzdu və avarçəkənliyə başladı VİDEO

19 İyul 2026 04:16see169

Kim olmasından asılı olmayaraq, addım atırıq Rusiya rəsmisindən Ermənistan qərarı

19 İyul 2026 00:39see168

Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?

18 İyul 2026 22:22see165

Şirvanda partlayış necə baş verdi? FOTO

19 İyul 2026 01:21see164

“Aya bir addım: “Artemida III“ missiyası bəşəriyyətə nə göstərəcək?“ NASA

19 İyul 2026 19:24see155

Valeh Kərimovdan zarafatyana cavab: “Sərin yer axtarıram, deyirlər ki, Mingəçevirdə…“

19 İyul 2026 15:01see155

DÇ 2026: 10 qol vuruldu, İngiltərə 60 il sonra medal qazandı

19 İyul 2026 03:30see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri