“Yaponiya Hava Yolları” tayfunla əlaqədar 48 aviareysi təxirə salıb
Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Yaponiya Hava Yolları” şirkəti yaxınlaşan “Bavi” tayfunu ilə əlaqədar Okinava və Kaqoşima prefekturlarının hava limanları üzrə 48 aviareysi ləğv edib.
AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, digər aviaşirkətlərin də uçuşları tayfundan təsirlənəcək. Sərnişinlərə ən son məlumatlar üçün şirkətlərin elanlarını yoxlamaları bildirilib.
Sakit okeandakı “Bavi” tayfunu Yaponiyanın cənub-qərbindəki Okinava prefekturasına doğru saatda 20 kilometr sürətlə hərəkət edir.
Yaponiya Meteorologiya Agentliyi tayfunun mərkəzində atmosfer təzyiqinin 930 hektopaskala, küləyinin sürətinin isə saatda 252 kilometrə çatdığı, bəzi tikililəri uçuracaq qədər güclü olduğunu bildirib.
“Bavi” həm də güclü yağış gətirəcək. Sahilə yaxın sularda dalğaların hündürlüyünün 10 metrə çatacağı gözlənilir.
Meteorologiya rəsmiləri sakinləri şiddətli küləklərə, dalğalara və torpaq sürüşmələrinə qarşı diqqətli olmağa çağırıb. Sakinlərə yağış və külək güclənməzdən əvvəl sığınacaqlara təxliyə olunmaq məsləhət görülüb.
“Bavi” tayfunu ilə əlaqədar Çinin Cıcian və Fucien əyalətlərində də xəbərdarlıq elan edilib. Səlahiyyətli qurumlara fövqəladə hazırlıq tədbirləri görmək tapşırılıb. “Bavi”nin iyulun 10-da axşam saatlarında Cıcian vəı Fucien sahillərinə çatması gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 09 İyul 2026 21:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















