Yaponiyada evə girən ayı soyuducunu açıb və ərzaqları yerə töküb
Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yaponiyanın şimal-şərqində 87 yaşlı sakinin evinə daxil olan ayı soyuducunu açaraq ərzaqları yerə töküb, sonra isə arxa qapıdan çıxıb.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, hadisə İvate prefekturasının Şizukuişi şəhərində baş verib. Polis bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
Məlumata görə, eyni şəhərdə başqa bir evə ayı bir həftə ərzində dörd dəfə daxil olaraq pişik yemi və digər ərzaqları dağıdıb.
Yerli hakimiyyət orqanları bildiriblər ki, isti hava şəraiti ilə əlaqədar son günlər Yaponiyanın müxtəlif bölgələrində ayıların yaşayış məntəqələrinə yaxınlaşması halları artıb.
Bu mövzuda digər xəbərlər:Ac ayı evə girərək soyuducudan ərzaqları oğurladı VİDEO
16 Avqust 2026 16:56
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar? Video
09 İyun 2026 00:38
Yayda ərzaqları necə saxlamaq lazımdır? AÇIQLANDI
10 İyun 2026 11:01
Fil mağazaya girdi, ərzaqları yedi, çıxıb getdi
03 İyun 2025 17:14
Azərbaycanda hamilə qadın gündəlik ərzaqları marketdən oğurlayırmış...
05 Avqust 2025 15:42
Baxış sayı:144
Bu xəbər 15 İyul 2026 19:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















