Yarım ildə Cənubi Qafqaz Boru Kəmərinin gündəlik ötürücülük gücü 63,7 milyon kubmetr olub
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Bu ilin ilk altı ayı ərzində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) ixrac üçün gündəlik orta ötürücülük gücü 63,7 milyon kubmetr təşkil edib.
bp şirkətindən XQ-yə bildirilib ki, ilin birinci yarısında CQBK-nin əməliyyat xərcləri təqribən 41 milyon dollar, əsaslı xərclər isə təxminən 19 milyon dollar olub.
CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
Cari il iyulun 1-dən CQBK-nin ümumi operatorluğu “BP Exploration (Caspian Sea) Limited” şirkətindən SOCAR-a məxsus törəmə müəssisə olan “SOCAR Midstream Operations” MMC-yə keçib.
Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarları bunlardır: bp (29,99%), Cənub Qaz Dəhlizi (21,02%), “LUKOIL” (19,99%), “TPAO” (19%), “NICO” (10%).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 06 Avqust 2026 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















