Icma.az
close
up
RU
Yaşıl işıqda keçib cərimələnirlər: Sarı tor hərəkəti nizamlayır, yoxsa düyünləyir?

Yaşıl işıqda keçib cərimələnirlər: Sarı tor hərəkəti nizamlayır, yoxsa düyünləyir?

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Paytaxtın bir sıra yollarında, o cümlədən Biləcəri dairəsi istiqamətində hərəkətin tənzimlənməsi və nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə "sarı tor"lar çəkilib. Lakin günün pik saatlarında həmin ərazidə yaranan sıxlıq zamanı bu torların əks-təsir göstərdiyi ilə bağlı narazılıqlar səslənir. Belə ki, tıxac zamanı avtomobillərin hərəkət imkanları məhdudlaşır, bəzi sürücülər isə "sarı tor"ların üzərində qalaraq cərimə olunmamaq üçün riskli manevrlərə əl atırlar. Nəticədə nəqliyyatın hərəkətinin daha da çətinləşdiyi və ərazidə sıxlığın artdığı müşahidə olunur.

"Sarı tor"ların quraşdırılması zamanı həmin ərazinin pik saatlardakı nəqliyyat yükü nəzərə alınırsa da, belə vəziyyətlərdə bu torların tətbiqi nə dərəcədə məqsədəuyğundur və problemin qarşısını almaq üçün hansı alternativ həllərdən istifadə edilə bilər?

Nəqliyyat eksperti Adil Nəbiyev Redaktor.az-a bildirdi ki, "sarı tor" nişanlanmasının əsas məqsədi tıxac yaratmaq deyil; əksinə, yolayrıcını və nəqliyyat axınlarının kəsişdiyi hissəni boş saxlamaq, bir istiqamətdə yaranmış sıxlığın digər istiqamətin hərəkətini bağlamasının qarşısını almaqdır:

"“Yol hərəkəti haqqında” Qanuna əsasən, yolayrıcından və ya kəsişmə yerindən sonra tıxac varsa və sürücü həmin sahəyə daxil olduqda orada dayanaraq digər istiqamətdən gələn nəqliyyat vasitələrinə maneə yaradacaqsa, həmin alana daxil olmamalıdır. Biləcəri dairəsi ətrafında da "sarı tor" nişanlanmalarının tətbiq edildiyi bildirilir. Ancaq burada əsas məsələ "sarı tor"un özünün yaxşı və ya pis olması deyil, onun konkret yolun xüsusiyyətlərinə uyğun tətbiq edilməsidir".

Mütəxəssisin fikrincə, belə nişanlanma tətbiq edilməzdən əvvəl ərazinin yalnız adi vaxtlardakı deyil, məhz səhər və axşam pik saatlarındakı real nəqliyyat yükü ciddi şəkillə öyrənilməlidir:

"Hansı istiqamətdən saatda neçə avtomobil gəlir, həmin avtomobillərin neçəsi sağa, sola və düzünə hərəkət edir, "sarı tor"dan sonrakı yol hissəsinin buraxılış qabiliyyəti nə qədərdir, svetofor varsa, onun fazaları nə qədər davam edir, ictimai nəqliyyatın və ağırtonnajlı nəqliyyat vasitələrinin axına təsiri necədir – bunların hamısı modelləşdirilməlidir. Çünki yol hərəkətinin təşkili yalnız xətt çəkməklə həll edilən məsələ deyil. Qanunvericilikdə də yol nişanlanmasının nəqliyyat axınının qaydaya salınmasına və yolun buraxılış qabiliyyətinin yüksəldilməsinə xidmət etdiyi göstərilir. Əgər müəyyən nöqtədə tətbiq edilən həll faktiki olaraq buraxılış qabiliyyətini aşağı salırsa, orada yenidən təhlil aparılması zəruridir".

Müsahibimiz qeyd etdi ki, xüsusilə Biləcəri dairəsi kimi gün ərzində çox böyük nəqliyyat axınının toqquşduğu ərazilərdə sürücünü yalnız cərimə ilə intizama dəvət etmək kifayət deyil:

"Təsəvvür edək ki, sürücü yaşıl işıqda və ya hərəkət imkanı olduğu anda "sarı tor"un qarşısına çatır, qarşıdakı avtomobillər hərəkət edir və o da normal olaraq yoluna davam edir. Lakin bir neçə saniyə sonra qarşıdakı axın qəfil dayanır və sürücü "sarı tor"un üzərində qalır. Bu zaman sürücü cərimədən yayınmaq üçün sağa və ya sola kəskin manevr etməyə, qonşu zolağa girməyə, digər avtomobilin qarşısına keçməyə çalışırsa, artıq hərəkətin təşkilində başqa təhlükəli problem meydana çıxır. Yəni bir qayda pozuntusunun qarşısını almaq üçün yaradılmış mexanizm düzgün təşkil edilmədikdə əlavə konflikt nöqtələri yarada bilər. Ona görə də "sarı tor" tətbiq edilən hər ərazidə kameranın olması və cərimənin tətbiqi məsələsindən daha vacib olan həmin ərazinin mühəndis baxımından düzgün təşkil edilməsidir. "Sarı tor" yalnız o halda effektlidir ki, torun arxasında nəqliyyat vasitəsinin tam yerləşə biləcəyi kifayət qədər boş sahə olsun, sürücü qarşıdakı vəziyyəti əvvəlcədən görə bilsin və yolun geometriyası ona düzgün qərar verməyə imkan versin. Pik saatlarda "sarı tor"dan sonrakı hissə daimi olaraq doludursa, avtomobillərin buraxılış sürəti daxilolma sürətindən aşağıdırsa, problem "sarı tor"la həll olunmayacaq. Burada svetoforların fazalarının optimallaşdırılması, hərəkət zolaqlarının istiqamətlər üzrə yenidən bölüşdürülməsi, dönmə zolaqlarının ayrılması və ya uzadılması, bəzi istiqamətlərdə pik saatlara uyğun dəyişən hərəkət rejiminin tətbiqi, avtobusların və digər nəqliyyat vasitələrinin yaratdığı konflikt nöqtələrinin aradan qaldırılması, yol kənarında qanunsuz dayanma və durmanın qarşısının alınması kimi tədbirlər birlikdə həyata keçirilməlidir".

Həmsöhbətimizin sözlərinə görə, ağıllı svetofor sistemlərindən istifadə etməklə real vaxtda hansı istiqamətdə sıxlığın daha çox olduğu müəyyən edilə və yaşıl işığın müddəti həmin axına uyğun dəyişdirilə bilər:

""Sarı tor"a qədər elektron məlumat lövhəsi və ya əlavə xəbərdarlıq vasitələri də tətbiq edilə bilər ki, sürücü qarşıdakı kəsişmənin dolu olduğunu daha əvvəl görsün və torun üzərinə daxil olmasın. Digər vacib məsələ "sarı tor"ların tətbiqindən sonra nəticələrin mütəmadi qiymətləndirilməsidir. Məsələn, nişanlanmadan əvvəl həmin ərazidə avtomobilin orta keçid müddəti nə qədər idi, tətbiqdən sonra nə qədər oldu, növbənin uzunluğu artdı, yoxsa azaldı, yan küçələrdə əlavə sıxlıq yarandımı, riskli manevrlərin və xırda qəzaların sayı dəyişdimi – bütün bunlar ölçülə bilən göstəricilərdir. Əgər 3–6 aylıq müşahidə göstərirsə ki, konkret "sarı tor" hərəkəti yaxşılaşdırmaq əvəzinə əlavə sıxlıq və təhlükəli manevrlər yaradır, həmin yol hərəkəti sxeminə yenidən baxılmalıdır. Mən "sarı tor"ların ümumilikdə ləğv edilməsinin tərəfdarı deyiləm, çünki düzgün yerdə və düzgün təşkil olunmuş formada bu nişanlanma çox faydalıdır: bir istiqamətdəki tıxacın bütün yolayrıcını bağlamasının qarşısını alır və digər istiqamətin hərəkət hüququnu qoruyur. Ancaq hər yolayrıcına eyni prinsiplə yanaşmaq olmaz. Biləcəri dairəsi kimi mürəkkəb və yüksək yüklənmiş yol qovşaqlarında qərarlar kabinetdə xəritəyə baxmaqla deyil, pik saatlarda real nəqliyyat axınının ölçülməsi, kamera görüntülərinin təhlili, nəqliyyat modelləşdirilməsi və yerində müşahidələr əsasında verilməlidir. Məqsəd sürücüyə daha çox cərimə yazmaq deyil, sürücünün qaydanı pozmadan hərəkət edə biləcəyi yol şəraitini yaratmaq olmalıdır. "Sarı tor" sürücünü tələyə salan bir sahəyə deyil, kəsişməni açıq saxlayan və bütün istiqamətlər üzrə hərəkəti daha nizamlı edən mühəndis həllinə çevrilməlidir", - deyə Adil Nəbiyev vurğuladı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Sentyabr 2026 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see419

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see263

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see263

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see256

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see246

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see233

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see232

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see230

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see227

Hemofiliya xəstələrinin müalicəsində tibb bacılarının rolu artırılır REGIONLARDA SEMİNARLAR

14 Sentyabr 2026 12:43see224

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see222

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

14 Sentyabr 2026 14:04see220

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

14 Sentyabr 2026 14:42see216

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see216

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see213

Korporativ sosial məsuliyyət PR strategiyasının güclü alətidir

14 Sentyabr 2026 13:34see213

Birləşməyə hazırlaşan bankda dəyişiklik

14 Sentyabr 2026 12:38see211

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see209

Şəbnəm Tovuzlu 50 minlik qızıllarını nümayiş edirdi (Video)

14 Sentyabr 2026 14:11see205

​YENİ TƏDRİS İLİ, KÖHNƏ PROBLEM... Bakını nə gözləyir?

14 Sentyabr 2026 10:43see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri