Icma.az
close
up
RU
Yaxın Şərqə istirahətə getmək istəyənlər nələrə diqqət etməlidir? BUNLARI BİLMƏLİSİNİZ

Yaxın Şərqə istirahətə getmək istəyənlər nələrə diqqət etməlidir? BUNLARI BİLMƏLİSİNİZ

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yaxın Şərqdə davam edən hərbi gərginlik və bəzi ölkələrə edilən hücumlar regiona səfərlə bağlı narahatlıqları artırıb. Buna baxmayaraq, turizm şirkətləri Birləşmiş Ərəb Əmirlikləri, Qətər və digər Yaxın Şərq ölkələrinə turlar təklif etməyə, müxtəlif kampaniyalar və reklamlarla turist cəlb etməyə davam edirlər.

Bəs mövcud təhlükəsizlik şəraitində bu ölkələrə səyahət etmək nə dərəcədə təhlükəsizdir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında turizm eksperti Samir Dübəndi bildirdi ki, BƏƏ, Qətər və ümumilikdə Körfəz ölkələri Azərbaycan üçün dost və tərəfdaş ölkələrdir:

"Bu istiqamətlər uzun illərdir regionun mühüm turizm, biznes və tranzit mərkəzləri kimi tanınır. Ona görə də bu ölkələr barədə danışarkən məsələni panika və ya neqativ təqdimat formasında yox, məsuliyyətli səyahət yanaşması prizmasından qiymətləndirmək lazımdır. Hazırkı regional vəziyyət göstərir ki, Yaxın Şərq və Körfəz regionunda müəyyən təhlükəsizlik riskləri mövcuddur. Bu, həmin ölkələrə səfərin tamamilə mümkünsüz və ya qadağan olunmuş olması demək deyil. Lakin turistlər və tur şirkətləri bilməlidirlər ki, belə dövrlərdə əsas risk yalnız ölkədaxili təhlükəsizliklə bağlı olmur. Uçuşların təxirə salınması, hava məkanında məhdudiyyətlər, aeroportların iş rejimində dəyişikliklər, sığorta şərtləri və fövqəladə hallarda geri dönüş imkanları da nəzərə alınmalıdır. Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) bu kimi hallarda aviaşirkətlər üçün texniki təhlükəsizlik bülletenləri yayır. EASA turistlərə “gedin” və ya “getməyin” demir; bu qurum aviasiya risklərini qiymətləndirir və hava daşıyıcılarına münaqişə zonaları, hava məkanı və ehtiyat planlaşdırma ilə bağlı tövsiyələr verir. Bu da onu göstərir ki, risk əsasən idarəolunan, lakin xüsusi diqqət tələb edən amildir".

O əlavə etdi ki, dünyada bunun nümunələri var:

"Məsələn, İsrail uzun illərdir təhlükəsizlik riskləri ilə yanaşı turist qəbul edən ölkədir və risklərə baxmayaraq hər il çoxsaylı turist qəbul edir (2025-ci ildə 1.3 mln). Bu, onu göstərir ki, riskin mövcudluğu turizmin tam dayanması demək deyil. Sadəcə belə istiqamətlərə səfər zamanı turist qərarı daha soyuqqanlı, məlumatlı və ehtiyatlı şəkildə verməlidir. Tur şirkətləri bu istiqamətlərə turlar təşkil edə bilərlər, lakin reklam yalnız qiymət, hotel və istirahət üzərində qurulmamalıdır. Müştəriyə səfərin real şərtləri, mümkün uçuş dəyişiklikləri, sığorta istisnaları, fövqəladə vəziyyətdə əlaqə kanalları və geri dönüş mexanizmləri əvvəlcədən izah olunmalıdır. Azərbaycan qanunvericiliyində də turoperator və turagentlərin turistləri səyahət zamanı mümkün təhlükələr barədə məlumatlandırmaq öhdəliyi nəzərdə tutulur. Bu gün əsas prinsip belə olmalıdır: dost ölkələrə turizmi dayandırmaq yox, məsuliyyətli və məlumatlı səyahəti təşviq etmək. Turist bilməlidir ki, hara gedir, hansı risklər var və fövqəladə vəziyyətdə nə etməlidir. Turizm sektoru üçün də ən düzgün yanaşma məhz budur - satışla yanaşı etibarlı məlumatlandırma zəruridir".

NURİYYƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 İyun 2026 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gənclərimizi müasir elmi trendlərlə tanış etmək çox vacibdir”

11 İyun 2026 21:09see308

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

10 İyun 2026 16:52see273

Yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır

10 İyun 2026 12:19see251

İranlı deputatdan Azərbaycanla bağlı SENSASİON ÇIXIŞ

10 İyun 2026 22:12see208

Bu məkanlar BŞİH dən alındı

10 İyun 2026 21:24see206

Bu gün Dünya Çempionatı başlayır Açılış matçının saatı

11 İyun 2026 09:12see202

Azərbaycanla münasibətlərimiz strateji səviyyəyə yüksəlib Amerikalı senator

10 İyun 2026 21:34see202

Şamaxı millimizin müdafiəçisini transfer etdi RƏSMİ

10 İyun 2026 21:22see190

Nevroloqlarımız İstanbul konfransında

11 İyun 2026 12:02see189

284 saylı məktəbdə birinci sinfə qəbul ləğv olunub? VİDEO

10 İyun 2026 23:51see181

Tramp: ABŞ İrandan milyonlarla barel neft çıxarıb

10 İyun 2026 21:16see172

Fransa və İspaniya ön planda: futbol üzrə dünya çempionatının favoritləri açıqlandı “The New York Times“

10 İyun 2026 21:00see171

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

10 İyun 2026 21:23see170

Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib

11 İyun 2026 12:01see170

Məktəblərdə mobil telefonların qadağası ilə bağlı nəzarət mexanizmləri tətbiq edilir

10 İyun 2026 21:50see167

Gənclər Liqası: “Sabah” “Bazel”lə qarşılaşacaq

10 İyun 2026 21:17see165

Vuçiç istefa verəcək: “Sizə xəbər verəcəyəm”

11 İyun 2026 13:32see165

Günəşdən qoruyucu krem əvəzinə bundan istifadə olunur

12 İyun 2026 04:27see164

Bir dəqiqəyə bir kiloqram bal yedi

11 İyun 2026 01:11see162

Vuçiç Baş nazir olmaq istəyir

11 İyun 2026 03:08see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri