Icma.az
close
up
RU
Yay tətilində uşaqları telefondan necə uzaq saxlamaq olar? Ekspertdən tövsiyələr

Yay tətilində uşaqları telefondan necə uzaq saxlamaq olar? Ekspertdən tövsiyələr

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

Məktəblərdə dərs ilinin başa çatması ilə minlərlə şagird yay tətilinə çıxıb. 

Üç ay davam edən bu istirahət dövrü uşaqlar üçün sevinc, valideynlər üçün isə yeni məsuliyyət deməkdir. Xüsusilə hər iki valideynin işlədiyi ailələrdə məktəb yaşlı uşaqlar günün böyük hissəsini evdə keçirməli olur. Nəticədə onların əsas məşğuliyyəti telefon, planşet və televizor olur. Üç ayın tamamilə plansız keçirilməsi isə uşağın həm fiziki, həm psixoloji, həm də sosial inkişafına mənfi təsir göstərə bilər.

Bəs işləyən valideynlər övladlarının yay tətilini necə təşkil edə bilər?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan təhsil eksperti Rafiq Məmmədov bildirib ki, valideyn nə qədər işləsə də, övladına vaxt ayırmalıdır:

"Valideynlərin ikisi də işləyirsə və yaxud tək valideyndirsə, övladı ilə məşğul olmağa vaxtı yoxdursa, əlbəttə ki, tövsiyə olunan budur ki, valideyn nə qədər işləsə də, öz övladına vaxt ayırsın. Valideynlə övlad arasında bir bağ olmalıdır. Çünki valideyn düşünür ki, məsələn, mən indi işləyirəm, pul ödəyirəm, evin kirayəsini ödəyirəm, maşının kreditini ödəyirəm və evə gəlirəm, yoruluram, övladımla məşğul ola bilmirəm. Amma valideyn dərk etməlidir ki, uşağın hər yaş dövrü bir dəfə yaşanır. Sənin övladın bir daha 5 yaşında olmayacaq, bir daha 10 yaşında, 4 yaşında və ya 15 yaşında olmayacaq. Bir gün valideyn ayılacaq ki, artıq övladı ilə vaxt keçirmək istəyir, amma uşaq onunla vaxt keçirmək istəmir”.

R.Məmmədov işləyən valideynlərin övladı ilə vaxt keçirməsi üçün bir sıra tövsiyələr verib:

"Məsələn, bazar günü səhər yeməyini birlikdə təşkil edə bilər. Həftə içində səhər evdən çıxanda və ya axşam evə gələndə övladı ilə kiçik də olsa ailə fəaliyyəti həyata keçirə bilər. Şənbə günü axşam övladı ilə popkorn alıb evdə film izləyə bilər. Həftə ərzində isə valideynlər hazırda fəaliyyət göstərən hazırlıq mərkəzləri və digər müəssisələrlə tanış ola bilərlər. Övladlarını səhər saat 10-da həmin mərkəzlərə təhvil verib, axşam saat 5-də götürə bilərlər. Həmin mərkəzlərdə uşaqlar üçün ingilis dili, rəqs, şahmat, rəsm dərsləri keçirilə bilər. Eyni zamanda uşaqlar üçün tennis, voleybol kimi idman fəaliyyətləri təşkil edilə bilər. Daha sonra hər axşam evə gəldikdə, nə qədər yorğun olsa da, övladından həmin gününün necə keçdiyini soruşa bilər. Bu, hesabat almaq formasında yox, sadəcə söhbət şəklində olmalıdır. Söhbət zamanı valideyn övladının hansı fəaliyyətlə məşğul olduğunu, həmin fəaliyyətlərin uşağa hansı müsbət təsirlər göstərdiyini anlaya bilər”.

Fəridə Əsədzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 09 İyul 2026 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zakir Həsənovdan Vətən Müharibəsi Qəhrəmanına böyük jest RÜTBƏSİNİ ARTIRDI

11 İyul 2026 19:42see489

Qələbənin memarı: Cənab Ali Baş Komandan kitabının təqdimatı olub

11 İyul 2026 14:34see299

Argentina İsveçrə matçında daha bir qol CANLI YENİLƏNİR

12 İyul 2026 06:32see262

Zelenski silah çatdırılmasının sürətindən narazıdır

12 İyul 2026 00:33see239

Ramin Nurəhmədov yeni vəzifəyə təyin olundu

12 İyul 2026 11:35see235

Qlobal atmosfer qazanı qaynayır Azərbaycana yeni hava zərbəsi gəlir

11 İyul 2026 15:27see187

Aygün Kazımovanın 26 il əvvəl başına gələn hadisə gündəm oldu (Video)

12 İyul 2026 01:03see175

Bakı Qazax yolunda avtobus qəzası: DYP dən açıqlama

12 İyul 2026 11:20see172

Goranboyda azyaşlı ot tayasına od vurdu

12 İyul 2026 04:25see168

Bir neçə saatdan günlərə qədər... Hollivud tarixinin ən qısa evlilikləri

11 İyul 2026 16:22see166

Tramp Ukraynanın uzaqmənzilli zərbələrindən təsirlənib

12 İyul 2026 02:21see164

Azərbaycançılığın təbliği Lerikdə davam etdi

11 İyul 2026 18:20see164

Trabzondan İstanbula uçan təyyarə sərnişinə görə geri qayıtdı

12 İyul 2026 02:54see163

DÇ 2026: İngiltərə Norveçə, Argentina İsveçrəyə qarşı

11 İyul 2026 14:51see161

Rusları yaxın gələcəkdə partlayıcı qiymət artımları gözləyirlər...

11 İyul 2026 18:33see160

Tarixdə 1 milyard dollar gəlir gətirən ilk bioqrafik film oldu “MAYKL” REKORD VURDU

13 İyul 2026 03:31see158

“Yeni Qorbaçov”a salamlar..!

11 İyul 2026 18:18see157

“Neftçi” Portuqaliyadan futbolçu gətirir

12 İyul 2026 01:06see157

Enerji içkiləri ilə bağlı VACİB XƏBƏRDARLIQ!

12 İyul 2026 15:11see156

“Barselona” Fermin Lopeslə bağlı şad xəbər aldı

13 İyul 2026 05:14see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri