Yəmən hökuməti husilərə qarşı genişmiqyaslı hərbi əməliyyatların başladığını elan edib
Icma.az, Azxeber.com saytına istinadən bildirir.
Yəmən hökuməti İranın dəstəklədiyi husilərə qarşı genişmiqyaslı hərbi əməliyyatların başladığını elan edib.
"Reuters" xəbər verir ki, bunu Yəmən Prezident Şurasının sədri Rəşad əl-Əlimi televiziya ilə çıxışında açıqlayıb.
Əl-Əlimi əməliyyatların məqsədinin husilərin nəzarətində qalan əraziləri geri almaq və dövlət hakimiyyətini bütün ölkə ərazisində bərpa etmək olduğunu bildirib. O, gərginliyin azaldılması üçün bütün imkanların tükəndiyini qeyd edib.
Yəmən lideri silahlı qüvvələrə və təhlükəsizlik strukturlarına təsdiqlənmiş plan üzrə hərbi tapşırıqların icrasına başlamaq əmri verib.
"Reuters"in məlumatına görə, Səudiyyə Ərəbistanının hava əməliyyatlarına, Yəmən hökumət qüvvələrinin isə quruda döyüşlərə rəhbərlik edəcəyi gözlənilir. ABŞ Ər-Riyada kəşfiyyat dəstəyi göstərir.
Bu arada husilər Ər-Riyad və Xurays bölgəsində "Saudi Aramco” obyektlərinə ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hücum etdiklərini bildiriblər. Səudiyyə Ərəbistanı bu iddianı hələ təsdiqləməyib.
Son həftələr husilər strateji əhəmiyyətli Bab əl-Məndəb boğazında mövqelərini gücləndirib və Taiz yaxınlığında irəliləyiblər.
///apa.az///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 04 Oktyabr 2026 20:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















