Yəməndə gecə gündüz döyüş Husilərin 44 hərbi vasitəsi məhv edildi
Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yəməndə husilərə qarşı keçirilən hərbi əməliyyatların sayı açıqlanıb.
“Yeni Sabah” xəbər verir ki, Yəmən ordusu Taiz və Tur əl-Baha cəbhələrində İranın dəstəklədiyi husilərin hərbi qüvvələrinə qarşı 97 əməliyyat keçirildiyini açıqlayıb. Yəmən Silahlı Qüvvələrinin sözçüsü, polkovnik Macid Abdullah ən-Nezili X sosial şəbəkəsində paylaşdığı açıqlamada əməliyyatların nəticələri barədə məlumat verib.
Onun sözlərinə görə, əməliyyatlar zamanı hərbi təyyarələrdən, pilotsuz uçuş aparatlarından, artilleriya bölmələrindən, raketlərdən və snayperlərdən istifadə olunub. Bildirilib ki, 97 əməliyyat nəticəsində husilərin 260 üzvü “zərərsizləşdirilib”. Bundan başqa, 44 hərbi maşın, eləcə də yükdaşıma və təchizat vasitəsi məhv edilib və ya istifadəyə yararsız vəziyyətə salınıb. Dördpendirli pizza
Qeyd edək ki, strateji əhəmiyyət daşıyan Taiz vilayəti Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirən və dünya ticarəti üçün mühüm əhəmiyyətə malik Babülməndəb boğazının yaxınlığında yerləşir.
Son günlər Taizdə müxtəlif cəbhələrdə gərginliyin artdığı, husi qüvvələrinin kənd ərazilərində irəliləməyə çalışdığı və hücumlar həyata keçirdiyi bildirilirdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 04 Oktyabr 2026 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















