Yenə sonda göz yaşı və kədər qalib gəldi Hacıbəy Heydərli yazır
Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.
Hacıbəy Heydərli
Futbolu sevən hər kəs üçün bir dövr bu gecə rəsmən başa çatdı.
Artıq nə Lionel Messini, nə də Kriştiano Ronaldonu Dünya Çempionatlarında meydanda görməyəcəyik.
Son 20 ilin futbol tarixini yazan, milyonlarla insana sevinc, həyəcan və ilham bəxş edən iki əfsanənin dünya çempionatındakı hekayəsi sona çatdı.
Messinin son rəqsi bu dəfə qələbə ilə yekunlaşmadı. Bu mundialda qırdığı rekordlardan biri özündən 12 yaş kiçik Kilian Mbappe tərəfindən yeniləndi. 19 il öncə qucağında şəkil çəkdirdiyi balaca Lamin Yamal isə illər sonra onun qarşısında qalib gəldi. 19 rəqəminin mistik tərəfi həm də yeni başlanğıclardır. Həyatın qəribə təsadüfləri var… Bəzən bir şəkil illər sonra tarixin ən simvolik kadrına çevrilir.
Futbolun ən gözəl tərəfi də bəlkə elə budur – zaman heç kim üçün dayanmır, əfsanələr gedir, yeniləri gəlir. Vaxtında getməyi bacaranlar isə hər zaman qəlblərdə yaşayır.
Bizim nəsil üçün əfsanə Ronaldo, Messi idirsə, övladlarımız üçün Mbappe, Halland, Yamal olacaq.
Bir gün uşaqlarımız bizdən soruşacaqlar: "Messi necə oynayırdı? Ronaldo həqiqətən deyilən qədər güclü idi?” Biz isə sadəcə statistikanı yox, yaşadığımız hissləri danışacağıq. Çünki onlar yeni qəhrəmanlarını bizim vaxtımızdakı dahilərlə müqayisə edəcəklər.
Amma bir həqiqət heç vaxt dəyişməyəcək: Messi də, Ronaldo da bir daha təkrarlanmayacaq.
Onlar sadəcə böyük futbolçular deyildilər. Onlar bir nəslin arzuları, mübahisələri, sevinc göz yaşları, üzüntüləri. gecəyarısı izlənilən oyunları, unudulmayan finalları, qolları və ömürlük xatirələri idilər.
Bizdən əvvəlki nəsil Pele və Maradonanı izləməklə fəxr edirdi. Biz isə özümüzü xoşbəxt saya bilərik ki, Messi və Ronaldonun rəqabətini canlı izlədik. Hər qolu, hər rekordu, hər finalı, hər göz yaşını və hər zəfəri ilə tarix yazan bu iki əfsanənin dövrünə şahidlik etdik.
Bəzən futbol sadəcə oyun olmur. Bəzən futbol bir nəslin xatirəsinə çevrilir. Messi və Ronaldo isə həmin xatirələrin heç vaxt unudulmayacaq iki adı olaraq qalacaqlar.
Həyatın ən acı reallığı isə budur: Hər zaman sonda göz yaşı və kədər qalib gəlir…
Hər şey üçün təşəkkürlər! Yaxşı ki, bizim uşaqlığımızın, gəncliyimizin qəhrəmanlarından oldunuz!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 20 İyul 2026 04:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















