Icma.az
close
up
RU
Yeni sistem nəqliyyatda gediş haqqını qaldıracaq? Narahatlığa rəsmi cavab

Yeni sistem nəqliyyatda gediş haqqını qaldıracaq? Narahatlığa rəsmi cavab

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, Azərbaycanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən 130, 205, 211, 500 və 503 nömrəli müntəzəm marşrutlar “brutto müqavilə” sisteminə qoşulub. 

Yeni modelə əsasən, daşıyıcılara qət edilən məsafəyə və göstərilən xidmətin keyfiyyətinə görə ödəniş ediləcək. 

Tələblərə uyğun gələn digər marşrutların da mərhələli şəkildə bu sistemə qoşulması nəzərdə tutulur.

“Brutto müqavilə” sistemində daşıyıcılara ödəniş necə hesablanacaq?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, Nazirlər Kabinetinin 31 iyul 2026-cı il tarixli 250 nömrəli Qərarı ilə “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə ödənilən subsidiyanın hesablanması və ödənilməsi Qaydası” təsdiq edilib:

“Qayda Bakı, Sumqayıt, Naxçıvan və Xankəndi şəhərlərində, həmçinin Abşeron, Ağdam, Şuşa və Laçın rayonlarında sıxılmış təbii qaz (CNG) və elektrik mühərrikli avtobuslarla, Gəncə şəhərində isə 1 yanvar 2025-ci il tarixindən sonra istehsal olunmuş dizel mühərrikli avtobuslarla həyata keçirilən müntəzəm sərnişin daşınmalarında subsidiyanın ödənilməsinə şərait yaradacaq”. 

Qeyd edilib ki, qaydanın gediş haqqı tariflərinin tənzimlənməsi (o cümlədən artırılması) ilə bağlı əlaqəsi yoxdur:

“Yeni qaydaya müvafiq olaraq yuxarıda qeyd edilən tələblərə cavab verən daşıyıcılara dövlət tərəfindən sərnişin sayından asılı olmayaraq, qət edilmiş məsafəyə görə subsidiya ödəniləcək. 

Yeni qaydanın tətbiqi nəticəsində ictimai nəqliyyatda islahatlar daha da sürətlənəcək və ictimai nəqliyyatı idarəetmə sistemində köklü dəyişiklik baş verəcək.

O cümlədən: 

- daşıyıcıların maliyyə dayanıqlığı artacaq;

- rentabelli olmayan avtobus marşrutlarında dayanıqlı sərnişindaşıma fəaliyyəti göstəriləcək. (Məsələn, hazırda bir sıra yaşayış məntəqlərində sərnişin sayı az olduğundan daşıyıcılar həmin ərazilərdə xidmət göstərməkdə maraqlı deyillər. Yeni qaydalar isə bu xətləri daşıyıcılar üçün cəlbedici edəcək və əlçatanlıq artacaq);

- rentabelli olmayan marşrutlarda daha müasir və ekoloji təmiz avtobusların istismarı üçün şərait yaradılacaq;

-  sərnişin sayından asılı olmayaraq daşıyıcılar müəyyən edilmiş qrafik üzrə keyfiyyətli xidmət göstərməkdə maraqlı olacaqlar.

Yeni qaydaların daşımalara verdiyi ən böyük töhfə isə “çox məsafə qət et, çox qazan” prinsipidir. Buna görə də daşıyıcılar keyfiyyətli xidmət göstərilməsində maraqlı olacaqlar”.

Gülər
“Cebheinfo.az”

Açar sözlər: Yeni sistem nəqliyyat

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Sentyabr 2026 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see415

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see263

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see263

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see256

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see246

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see233

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see232

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see230

Hemofiliya xəstələrinin müalicəsində tibb bacılarının rolu artırılır REGIONLARDA SEMİNARLAR

14 Sentyabr 2026 12:43see224

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

14 Sentyabr 2026 14:04see220

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see220

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see219

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see216

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

14 Sentyabr 2026 14:42see214

Korporativ sosial məsuliyyət PR strategiyasının güclü alətidir

14 Sentyabr 2026 13:34see212

Birləşməyə hazırlaşan bankda dəyişiklik

14 Sentyabr 2026 12:38see210

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see209

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see208

​YENİ TƏDRİS İLİ, KÖHNƏ PROBLEM... Bakını nə gözləyir?

14 Sentyabr 2026 10:43see202

Şəbnəm Tovuzlu 50 minlik qızıllarını nümayiş edirdi (Video)

14 Sentyabr 2026 14:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri