Yol Polisi qayda pozan qadın sürücülərə güzəşt etdi, gül verdi (FOTO)
Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Şirvan Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər yollarında təhlükəsiz və intizamlı avtomobil idarə edən qadın sürücüləri 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, şəhərin müxtəlif küçə və prospektlərində yol polisi əməkdaşları tərəfindən təşkil olunan reyddə saxlanılan qadın sürücülərə gül hədiyyə edilib. Əsasən il ərzində qaydalara düzgün əməl edən, kobud inzibati xəta törətməyən xanım sürücülərə üstünlük verilib. Reyd zamanı qayda pozuntusuna görə saxlanılan xanımlara bayramla əlaqədar olaraq, güzəştlər olunub, yol verilən qayda pozuntuları ilə bağlı qanunvericiliyin tələbləri izah olunub.BAKU.WS

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Baxış sayı:123
Bu xəbər 04 Oktyabr 2026 10:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















