“YouTube”dan minlərlə istifadəçiyə pis xəbər Artıq bu videolardan pul qazanmaq olmayacaq
Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
"YouTube" platforması süni intellekt vasitəsilə hazırlanan aşağı keyfiyyətli videolara qarşı yeni addım atıb.
“Yeni Sabah” xəbər verir ki, platforma “YouTube Partner Program” çərçivəsində monetizasiya qaydalarını yeniləyərək qeyri-orijinal məzmunla bağlı tələbləri sərtləşdirib.
Yeni qaydalara əsasən, şablon əsasında hazırlanan, bir-birini təkrarlayan və kütləvi şəkildə istehsal olunan videolar reklam gəliri əldə edə bilməyəcək. Toyuqlu pizza
Bundan başqa, emosional manipulyasiya məqsədi daşıyan videolar, eləcə də süni intellektlə yaradılmış virtual personajların sağlamlıq, maliyyə və hüquq kimi həssas mövzularda təqdim etdiyi məzmunların da monetizasiyasına məhdudiyyət tətbiq olunacaq.
Şirkət bildirib ki, bu dəyişikliklər süni intellektdən istifadə edilən bütün videolara şamil edilmir. Orijinal ssenariyə, yaradıcı montaja və müəllif şərhlərinə malik AI dəstəkli videolar əvvəlki kimi reklam gəliri əldə edə biləcək.
"YouTube"un məqsədi platformada keyfiyyətli və orijinal məzmunu təşviq etmək, son dövrlərdə sürətlə yayılan və “AI slop” adlandırılan aşağı keyfiyyətli süni intellekt videolarının qarşısını almaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 06 Avqust 2026 23:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















