Icma.az
close
up
RU
Zelenski: Ukrayna öz ballistik proqramı ilə dünya texnologiya liderləri sırasına daxil olacaq

Zelenski: Ukrayna öz ballistik proqramı ilə dünya texnologiya liderləri sırasına daxil olacaq

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Ukrayna 2026–2027-ci illərdə öz ballistik proqramının inkişafı və milli antiballistik sistemin yaradılmasında əhəmiyyətli nəticələr əldə edəcəyini gözləyir.

XQ xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın ballistik proqramının hazırlanması və FREYJA antiballistik təşəbbüsünün həyata keçirilməsinə həsr olunmuş müşavirənin yekunları üzrə öz teleqram kanalında məlumat verib.

V.Zelenski qeyd edib ki, mövcud ehtiyaclar, layihənin gedişatı və artıq tamamlanmış mərhələlər barədə məruzələr dinlənilib, həmçinin sonrakı iş qrafiklərinə və istehsal imkanlarına baxılıb.

"Öz ballistik proqramını və yeni antiballistik sistemini yaratmaq - belə texnologiyalara malik olan dünya ölkələrinin çevrəsinə daxil olmaq deməkdir. Ukrayna bunun üçün güclü elmi bazaya və zəruri səriştələrə malikdir. Biz 2026–2027-ci illər ərzində yaxşı nəticələr əldə edəcəyimizi gözləyirik", - o yazıb.

V.Zelenski, həmçinin qeyd edib ki, müşavirə iştirakçıları kritik vacib komponentlərə çıxış, tərəfdaşlarla texnoloji əməkdaşlıq və avadanlıq istehsalının lokallaşdırılması ilə bağlı əsas məsələləri müzakirə ediblər.

"FREYJA inkişaf edir və bu, son dərəcə vacibdir. Bu, bizim ümumi təhlükəsizliyimiz üçün strateji əhəmiyyət kəsb edən bir Avropa təşəbbüsüdür. Çünki ballistik təhdidlərə səmərəli şəkildə qarşı çıxmağa imkan verəcək. Biz işi davam etdiririk", - o vurğulayıb.

Bundan əlavə, V.Zelenski beynəlxalq tərəfdaşlarla texnoloji əməkdaşlıq, istehsalın lokallaşdırılması, eləcə də PAC-2 və PAC-3 raketlərinin tədarükü məsələlərinə dair danışıqlar barədə məlumat verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Avqust 2026 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see348

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see326

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see274

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see271

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see221

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see220

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see209

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see207

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see196

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see195

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see194

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see192

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see186

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see184

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see181

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see177

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see176

Almaniyada Ukraynanın vəziyyətinin kövrək olduğu etiraf edilib

16 Avqust 2026 01:20see176

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see175

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri