Zelenski Ukraynaya dəstəyə və konstruktiv dialoqa görə Azərbaycana təşəkkür edib
Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu Kiyevdə qəbul edib və onunla müdafiə və iqtisadi əməkdaşlığı müzakirə edib.
Newscenter.az xəbər verir ki, bu barədə V. Zelenski "Telegram" kanalında bildirib.
"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul etdim. Cənab nazir Rusiyanın işğalı başlayandan bəri Ukraynaya ilk dəfədir səfər edir. O, səfərinə İrpendən başlayıb və Azərbaycanın yardım göstərdiyi məktəb, xəstəxana, reabilitasiya mərkəzində olub. Ölkəmiz və xalqımız üçün bu çətin günlərdə buraya gəlməyə və bizi dəstəkləməyə imkan tapdığınıza görə çox minnətdarıq. Ukrayna xalqı ilə həmrəyliyə görə təşəkkür edirəm", - o yazıb.
V. Zelenski Rusiyanın Ukraynaya davam edən zərbələri, Qara dənizdəki vəziyyət və Moskvanın taxıl dəhlizlərini bloklaması barədə C. Bayramovu məlumatlandırıb.
Tərəflər yüksəksəviyyəli diplomatik təmasları, müdafiə əməkdaşlığını, eləcə də energetika, neft-qaz və kənd təsərrüfatı sahəsində iqtisadi qarşılıqlı fəaliyyəti müzakirə ediblər.
"Ukraynaya verdiyi dəstəyə, enerji və humanitar yardıma, həmçinin konstruktiv dialoqa görə Azərbaycana minnətdaram", - Zelenski deyib.
Bu mövzuda digər xəbərlər:Zelenski ölkəsinə göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib
24 Avqust 2025 19:58
Zelenski dəstəyə görə Ərdoğana təşəkkür edib
29 Oktyabr 2025 18:27
Zelenski Ankarada Azərbaycana təşəkkür etdi
07 İyul 2026 17:53
İran dəstəyə görə Azərbaycana təşəkkür etdi
14 Aprel 2026 19:20
Somali ərazi bütövlüyünə dəstəyə görə Azərbaycana təşəkkür edib
30 Dekabr 2025 12:08
Baxış sayı:94
Bu xəbər 06 Avqust 2026 20:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















