Zidan Fransa millisinə iki yeni futbolçu çağırmağa hazırlaşır
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fransa millisinin baş məşqçisi Zinəddin Zidan noyabr oyunları üçün heyətdə dəyişikliklər etməyə hazırlaşır.
İdman.Biz “Foot Mercato”ya istinadən xəbər verir ki, mütəxəssis zədəli futbolçuların yoxluğunda yığmaya yeni adlar dəvət edə bilər.
Usman Dembele və Manu Konenin qarşıdakı oyunları buraxacağı, Jül Kundenin isə sol topuğundakı zədədən tam sağalmadığı üçün heyətdən kənarda qalacağı gözlənilir. Əvəzində Orelyen Tçuameninin milliyə qayıtması ehtimal olunur.
Genişləndirilmiş siyahıda “Tottenhem”in hücumçusu Matis Tel və “Bornmut”un futbolçusu Eli Junior Krupi də yer alıb.
Əsas sürpriz isə Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunda çıxış edən Valentin Atanqana və İngiltərənin “Sanderlend” komandasının müdafiəçisi Dayann Metali ola bilər. Hər iki futbolçu ilkin dəvət alıb və əsas milliyə çağırılmaq şansı qazanıb.
Atanqana Fransa gənclər millisinin son toplanışında məşqçilər korpusunun diqqətini çəkib. Metali isə sol cinah müdafiəsindəki qeyri-müəyyənlikdən yararlana bilər.
Zidan yekun heyəti noyabrın 6-da açıqlayacaq. Fransa millisi noyabrın 12-də İtaliya ilə səfərdə, ayın 15-də isə Türkiyə ilə evdə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 05 Noyabr 2026 23:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















