Icma.az
close
up
AZ
Menu

Юра Унитаз и война дронов: почему назначение Ваганова взбесило даже z блогеров

Запущен обновленный сайт заповедника Ичеришехер ФОТО

Китай по отношению госдолга к ВВП приблизился к США

Москва и Баку обсудили международную повестку

Представители МККК посетили армянского террориста в азербайджанской тюрьме Minval Politika

К сведению водителей! На ряде дорог будет гололедица

Зеленский: Мы имеем дело с варварами, которые даже в Бога не верят Minval Politika

Рождество в Кельнском соборе прервал танцующий мужчина в золотой маске

В результате атак РФ на Харьковскую область есть погибшие и десятки раненых

Подписан договор о научно образовательном сотрудничестве между АМУ и GİBTÜ

От руководителя Эстонско азербайджанского дома Захры Гахраманлы

Государство списало более 750 тыс. манатов по образовательным кредитам Бахруз Азимов

Экс защитник сборных Азербайджана арестован в Турции

В балакенской школе произошел пожар

В Китае открыли самый длинный в мире тоннель

Кяпаз арендовал хавбека Туран Товуза

Что посеешь, то и пожнёшь , Кобахидзе о визовых ограничениях для граждан ЕС

"Opel" врезался в дерево и перевернулся в Товузе ФОТО

Системное уродство армянской оккупации: политика грабежа и уничтожения ОБЗОР от Эльчина Алыоглу

Айдан вернулась к работе спустя год после крушения самолета AZAL ВИДЕО

Azərbaycan Özbəkistan əlaqələri yeni mərhələdə: Bakı Daşkənd reyslərinin fəaliyyəti hansı yeni imkanları açır?

Azərbaycan Özbəkistan əlaqələri yeni mərhələdə: Bakı Daşkənd reyslərinin fəaliyyəti hansı yeni imkanları açır?

Как сообщает Icma.az, ссылаясь на сайт Day.az.

Bir neçə gün bundan əvvəl Özbəkistanın "Centrum Air" aviaşirkətinin Bakı-Daşkənd reysləri fəaliyyətə başladı. Bu aviareyslərinin işə düşməsi Azərbaycan və Özbəkistan arasında müxtəlif sahələr üzrə mühüm üstünlüklər qazandıra bilər. Bu üstünlükləri əsasən turizm, iqtisadiyyat, mədəniyyət və regional əməkdaşlıq aspektlərindən qiymətləndirmək olar.

Məlumdur ki, nəqliyyat infrastrukturuna yeni reyslərin qoşulmasının turizm sektoruna da təsirsiz ötüşməyəcəyi qaçılmazdır. Belə ki, birbaşa reyslər sayəsində səyahət daha əlçatan və rahat olur, bu da hər iki ölkədən qarşılıqlı turist axınını artırır. Daha çox turist daha çox hotellərdə qalma, restoranlardan istifadə və yerli xidmətlərdən yararlanma deməkdir. Eyni zamanda yeni aviareyslərin fəaliyyəti xüsusən də tarixi İpək Yolu üzərində yerləşən bu iki ölkə üçün birgə turların təşkili imkanlarının genişlənməsində böyük fürsətlər təqdim edir.

İqtisadi əlaqələrin möhkəmlənməsi baxımından da Bakı-Daşkənd reyslərinin aktiv rol oynayacağı istisna edilmir. Yeni aviareyslər sahibkarlar və investorlar üçün birbaşa olaraq yolu rahatlaşdıra və nəticədə ticarət əlaqələrinin inkişafına səbəb ola bilər. Birbaşa əlaqələr isə öz növbəsində yeni müqavilələrə və əməkdaşlıqlara zəmin yaradır.

Dövlət Turizm Agentliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Özbəkistan Mərkəzi Asiya regionu üzrə Azərbaycanın hədəfi turizm bazarlarından biri hesab olunur.

Qeyd olunub ki, son illərdə Özbəkistandan Azərbaycana gələn turistlərin sayında artım müşahidə olunur: "Belə ki, 2024-cü il ərzində Özbəkistandan ölkəmizə səfər edən vətəndaşların sayı 2023-cü illə müqayisədə 17% artaraq 46 396 nəfərə çatıb.

Özbəkistandan Azərbaycana gələn turistlər əvvəl daha çox sağlamlıq turizminə üstünlük verirdilərsə, son dövrlərdə sağlamlıq turizmi ilə yanaşı, Bakı və ətraf regionlara, müxtəlif turizm məhsullarına da diqqət göstərirlər.

Azərbaycanın turizm potensialının Özbəkistanda tanıdılması məqsədilə Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosu tərəfindən müxtəlif istiqamətli marketinq və təbliğat fəaliyyətləri icra olunur. Belə ki, 2022, 2023 və 2024-ci illərdə Azərbaycanın turizm potensialı Özbəkistanda keçirilən "Daşkənd Beynəlxalq Turizm Sərgisi"ndə ("TİTF 2022") tanıdılıb. Sərgilərlə yanaşı, turizm sənayesi nümayəndələrinin iştirakı ilə Özbəkistanın müxtəlif şəhərlərində silsilə tədbirlər, seminarlar, B2B görüşlər təşkil edilir".

Bildirilir ki, Azərbaycan və Özbəkistan arasında mövcud turizm əlaqələrinin gücləndirilməsi, BMT Turizm, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, İpək Yolu sahəsində birgə aparıla biləcək əməkdaşlıq imkanları üzrə müxtəlif tədbirlər icra olunur: "2024-cü ilin 23 avqust tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistan Respublikasına baş tutmuş rəsmi səfəri çərçivəsində "Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Özbəkistan Respublikasının Ekologiya, Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişiklikləri Nazirliyi yanında Turizm Komitəsi arasında turizm sahəsində 2024-2026-cı illər üçün Tədbirlər Planı" imzalanıb.

Eləcə də 2025-ci ilin 5 aprel tarixində Azərbaycan Turizm Bürosu ilə Özbəkistanın Milli Təbliğat Mərkəzi arasında turizm sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Sənəddə "İpək Yolu turları" birgə təşəbbüsü çərçivəsində turist axınını artırmaq, Mərkəzi Avropa və digər beynəlxalq bazarlarda mövqeləri gücləndirmək məqsədilə əməkdaşlıq, birgə turizm məhsullarının hazırlanması, təbliğat tədbirlərinin və B2B görüşlərinin təşkili məsələləri öz əksini tapıb".

"Qış turizmi üzrə əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə 2024-cü ilin 23 sentyabr tarixində Azərbaycanın "Şahdağ", Qazaxıstanın "Çimbulak", Türkiyənin "Uludağ" və Özbəkistanın "Əmirsoy" dağ-kurortları tərəfindən Türk Xizək Kurortları Birliyinin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb.

2025-ci ilin aprel ayında Azərbaycan-Özbəkistan istiqamətində Daşkənd şəhərinə "AZAL" hava yolları vasitəsilə həftədə 5 dəfə, Səmərqənd şəhərinə 2 dəfə, "Uzbekistan Airways" aviaşirkəti vasitəsilə həftədə 4 dəfə olmaqla birbaşa uçuşlar həyata keçirilib", - məlumatda vurğulanıb.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasına dünyanın 167 ölkəsindən 508,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 1,8 faizi Özbəkistan vətəndaşları olub.

Hesabat dövründə Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69,9 faizi hava, 28,4 faizi dəmir yolu və avtomobil, 1,7 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Eyni zamanda 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 2025-ci ilin ilk üç ayında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı isə 0,7 faiz azalaraq 468,9 min nəfər olub.

Xaricə səfər edənlərin 0,7 faizi Özbəkistana üz tutub.

2025-ci ilin yanvar-mart aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68,2 faizi hava, 29,7 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.

"Azərbaycan Turizm Peşəkarları Təşkilatı" İctimai Birliyinin sədri Ceyhun Aşurov Trend-ə açıqlamasında deyib ki, Özbəkistan aktiv şəkildə inkişaf edən, özünə investorları cəlb edən, eyni zamanda iqtisadiyyatın digər sahələrində nailiyyətlər əldə edən Orta Asiya ölkəsidir.

Onun sözlərinə görə, son dövrlərdə sözügedən ölkənin Azərbaycanla əlaqələri daha da sıxlaşıb: "Bu yaxınlaşmanın əsas səbəblərindən biri kimi iki ölkə arasında gəliş-gedişin, yəni nəqliyyat imkanlarının daha da genişləndirilməsi dayanır. Məsələn, viza prosedurlarına tələbin aradan qaldırılması, birbaşa hava nəqliyyatının təmini və s. kimi amillər iki ölkə vətəndaşlarının gəliş-gediş imkanlarını sadələşdirib. Bu da öz növbəsində turizm sektoruna təsir göstərir".

C. Aşurov bildirib ki, Azərbayacana gələn xarici ölkə vətəndaşları arasında Özbəkistandan olan turistlərin sayı kifayət qədər çoxdur: "Təkcə ötən il Özbəkistandan Azərbaycana 46 mindən çox turist gəlmişdi. Təsadüfi deyil ki, ölkəmizə ən çox səfər edən türistlərin siyahısında Özbəkistan ilk onluqda qərarlaşır.

Aydın məsələdir ki, Bakı-Daşkənd reyslərinin fəaliyyət başlaması həm də Azərbaycandan Özbəkistana səfər edənlərin sayına təsir edəcək. Bir məlumatı da qeyd edim ki, son dövrlərdə Özbəkistandan Azərbaycana həm iş, turizm, xüsusən sağlamlıq turizmi, həm də ticari məqsədlərlə gələnlərin sayı daha çoxdur. Yeni relsləri istifadəyə verilməsi gəliş-gediş imkanlarını daha da asanlaşdıracaq və daha çox səfərlər gerçəkləşəcək".

Mütəxəssis həmçinin vurğulayıb ki, Azərbaycandan da Özbəkistana həm turistik, həm də işgüzar məqsədlərlə səfər edənlərin də sayı az deyil: "Çünki Özbəkistanın son dövrlərdə apardığı siyasət, investisiyalara açıqlığı və turizm sektorunda tətbiq etdiyi yeni qaydalar bu ölkəyə marağı artırıb.

30 milyondan çox əhalisi olan Özbəkistanla Azərbaycan arasında nəqliyyat imkanlarının yaxşılaşdırılması onu deməyə əsas verir ki, gələcəkdə həmin ölkədən Azərbaycana gələn turistlərin sayı da artacaq. Çünki turizmdə əsas faktorlardan biri də məhz gediləcək məkanın, ölkənin əlçatan, əlverişli olmasıdır.

İki ölkə arasında həm tarixi, həm də mədəni bağı nəzərə alsaq, bu kimi aviareyslərin də əlçatanlılığının artırılması bilavasitə səfərlərin sayına daha çox təsir göstərəcək".

"Ümumiyyətlə, son dövrlərdə Mərkəzi Asiya ölkələri arasında mədəni əlaqələrin daha da inkişafını görürük. Xüsusən Türk dövlətləri ilə mövcud əlaqələr daha yüksələn xətlə inkişaf etdirilir. Əlaqələrin inkişafına nümunə olaraq Qazaxıstandan ölkəmizə gələnlərin sayında artımı xüsusi qeyd edə bilərik. Belə ki, bəhs olunan ölkədən ötən il Azərbaycana 86 mindən çox turist gəlib.

Bu əlaqələrin daha da inkişafı üçün birbaşa aviareyslərin təşkili müstəsna əhəmiyyət kəsb edir", - deyə C. Aşurov fikirlərini yekunlaşdırıb.

"Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası"nın İdarə Heyətinin sədri, eyni zamanda "Azərbaycan Ekoturizm Assosiasiyası"nın icraçı direktoru Samir Dübəndi Trend-ə açıqlamasında vurğulayıb ki, Özbəkistan Azərbaycanın gəlmə turizmi üçün hədəf ölkələr sırasındadır.

Onun sözlərinə görə, son statistikaya əsasən, 2025-ci ilin 1-ci rübündə Özbəkistan vətəndaşlarının 1,5 milyonu xarici səfərlər ediblər: "İl ərzində bu rəqəm 4,5-5 milyon nəfər təşkil edir.

Düşünürəm ki, ötən illər ərzində Azərbaycana səfər etmiş təxminən 40 min Özbəkistan turistinin sayını bu il iki dəfə artıra bilərik. Özbəkistan "Böyük İpək Yolu" layihəsində də mühüm yer tutur. Bu ölkə vasitəsilə Orta Asiya ölkələrinə də çıxışı daha səmərəli təşkil etmək və türk ölkələri üzrə turizm marşrutlarının vahid kəmər üzrə inkişafına nail ola bilərik".

Bir sözlə əlavə edək ki, Bakı-Daşkənd reyslərinin fəaliyyətə başlaması Azərbaycan və Özbəkistan arasında mövcud əməkdaşlıq imkanlarını bir çox sahələr, xüsusən də nəqliyyat və turizm sektorları üzrə daha da irəliyə apara bilər.

Для получения более подробной информации и свежих новостей, следите за обновлениями на Icma.az.
seeПросмотров:112
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 12 Мая 2025 20:30
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Юра Унитаз и война дронов: почему назначение Ваганова взбесило даже z блогеров

26 Декабря 2025 14:57see441

Запущен обновленный сайт заповедника Ичеришехер ФОТО

26 Декабря 2025 11:47see328

Китай по отношению госдолга к ВВП приблизился к США

25 Декабря 2025 12:23see237

Москва и Баку обсудили международную повестку

25 Декабря 2025 17:48see219

Представители МККК посетили армянского террориста в азербайджанской тюрьме Minval Politika

25 Декабря 2025 19:34see212

К сведению водителей! На ряде дорог будет гололедица

25 Декабря 2025 18:33see208

Зеленский: Мы имеем дело с варварами, которые даже в Бога не верят Minval Politika

25 Декабря 2025 22:53see197

Рождество в Кельнском соборе прервал танцующий мужчина в золотой маске

25 Декабря 2025 13:07see194

В результате атак РФ на Харьковскую область есть погибшие и десятки раненых

25 Декабря 2025 11:23see192

Подписан договор о научно образовательном сотрудничестве между АМУ и GİBTÜ

25 Декабря 2025 15:13see188

От руководителя Эстонско азербайджанского дома Захры Гахраманлы

26 Декабря 2025 01:09see180

Государство списало более 750 тыс. манатов по образовательным кредитам Бахруз Азимов

25 Декабря 2025 11:34see163

Экс защитник сборных Азербайджана арестован в Турции

26 Декабря 2025 14:57see162

В балакенской школе произошел пожар

25 Декабря 2025 23:43see159

В Китае открыли самый длинный в мире тоннель

26 Декабря 2025 12:30see159

Кяпаз арендовал хавбека Туран Товуза

25 Декабря 2025 19:34see158

Что посеешь, то и пожнёшь , Кобахидзе о визовых ограничениях для граждан ЕС

25 Декабря 2025 23:28see154

"Opel" врезался в дерево и перевернулся в Товузе ФОТО

25 Декабря 2025 22:34see153

Системное уродство армянской оккупации: политика грабежа и уничтожения ОБЗОР от Эльчина Алыоглу

25 Декабря 2025 22:35see151

Айдан вернулась к работе спустя год после крушения самолета AZAL ВИДЕО

26 Декабря 2025 13:46see139
newsПоследние новости
Самые свежие и актуальные события дня