Minatəmizləmə fəaliyyəti beynəlxalq sülh gündəliyinin bir hissəsinə çevrilməlidir Elçin Əmirbəyov
Icma.az передает, что по данным сайта Day.az.
Minatəmizləmə fəaliyyəti beynəlxalq sülh gündəliyinin bir hissəsinə çevrilməlidir.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, Cənubi Qafqazda sülhdən danışarkən, adətən sərhədlərdən, nəqliyyat-kommunikasiya əlaqələrindən, ticarətdən və etimadın qurulmasından bəhs edilir.
"Düşünürəm ki, buraya daha bir bəndi - müharibənin fiziki mirasının təmizlənməsini də əlavə etməliyik. Çünki minatəmizləmə fəaliyyətinə sülhün davamlılığına qoyulan bir sərmayə kimi baxılmalıdır. İkincisi isə irimiqyaslı milli səylərə əlavə olaraq, Azərbaycanın mina təhlükəsi ilə mübarizəsi üçün uzunmüddətli beynəlxalq maliyyələşdirmə mexanizmi yaratmaqdır",- deyə o bildirib.
E.Əmirbəyov vurğulayıb ki, söhbət yalnız təcili yardımlardan getmir.
"Azərbaycana planlaşdırma aparmağa, əməkdaşları işə cəlb edib təlim keçirməyə, avadanlıqlara investisiya yatırmağa və təmizləmə işlərini sürətləndirməyə imkan verən proqnozlaşdırıla bilən, çoxillik maliyyələşmə lazımdır. Biz sadəcə olaraq problemi idarə etməyə deyil, həll yolunun maliyyələşdirilməsinə yönəlməliyik",- deyə o əlavə edib.
Qeyd edək ki, sentyabrın 2-də Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda IV Beynəlxalq Minatəmizləmə Konfransı işə başlayıb.
Tədbirdə "Şəhərlərin bərpasının təməlində mina fəaliyyəti", "Azərbaycanda təhlükəsiz mina fəaliyyətinin dəstəklənməsi üçün beynəlxalq əməkdaşlıq və donor mexanizmləri", "Dayanıqlı icmalar üçün humanitar minatəmizləmə" mövzusunda panel müzakirələr keçirilir.
Konfransın işinə bu gün yekun vurulacaq. Yekunda konfransın bəyanatının qəbul edilməsi nəzərdə tutulub.
Другие новости на эту тему:
Просмотров:91
Эта новость заархивирована с источника 03 Сентября 2026 10:47 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор калорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Цены на нефть
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2026 Все права защищены







Самые читаемые



















