2030 cu ilədək Turizm Səfiri Proqramının yaradılması nəzərdə tutulur

20.08.2026

По данным сайта Day.az, передает Icma.az.

2030-cu ilədək Azərbaycan Respublikası üçün Turizm Səfiri Proqramının yaradılması nəzərdə tutulur.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Bununla bağlı məsələlər Dövlət Turizm Agentliyinə həvalə edilib. Digər icraçı qurum isə Xarici İşlər Nazirliyidir.

İlkin olaraq bu istiqamətdə turizm səfirlərinin iştirakı ilə Azərbaycana tanıtım səfərlərinin təşkili, sosial media və rəqəmsal platformalarda tanıtım kampaniyalarının həyata keçirilməsi planlaşdırılır. Bu məqsədlə azı 1 beynəlxalq tanınmış şəxsin Turizm Səfiri kimi cəlb edilməsi, minimum 5 birgə rəqəmsal məzmunun hazırlanması və azı 50 milyon baxış və yüksək əhatə göstəricilərinin əldə edilməsi hədəflənir.

Попробуй подписку Trend Premium за 1$
Оставайтесь с нами на Icma.az, чтобы не пропустить важные новости и обновления по данной теме.
Читать полностью