Согласно информации сайта Day.az, сообщает Icma.az.
Ağcabədi rayonunun Minaxorlu kəndində tarixi binada yanğın hadisəsi qeydə alınıb.
Day.Az Trend-ə istinadən bildirir ki, yanğın Məlikov adına Minaxorlu kənd tam orta məktəbinin həyətində yerləşən, hazırda istifadə olunmayan köhnə məktəb binasında baş verib.
Məlumata əsasən, bir əsrdən artıq yaşı olan bina vaxtilə bəy evi olub. Sovet dövründə burada məktəb fəaliyyət göstərib. Kənddə yeni məktəb binası tikildikdən sonra isə tikilidən anbar kimi istifadə olunub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri və polis əməkdaşları cəlb edilib. Görülən tədbirlər nəticəsində yanğının hazırda fəaliyyət göstərən məktəb binasına yayılmasına imkan verilməyib.
Hazırda yanğının tam söndürülməsi və aktiv yanma ocaqlarının müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Yanğının başvermə səbəbi araşdırılır.