Ağcabədidə ağır yol qəzası baş verib FOTO

06.09.2025

Как стало известно Icma.az, со ссылкой на сайт Day.az.

Ağcabədidə iki minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanlar olub.

Day.Az bildirir ki, Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə Hindarx-Borsunlu avtomobil yolunun Poladlı kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı, 10 GK 042 dövlət nömrə nişanlı avtomobil ilə "VAZ-21011" markalı, 60 BD 542 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində "VAZ"da olan 1962-ci il təvəllüdlü Pənah Nəcəfov və sürücü, 1965-ci il təvəllüdlü Filman Xuduyev ağır xəsarətlə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Не пропустите дальнейшие события, следите за актуальными новостями на Icma.az.
Читать полностью