Ağsuda ağır yol qəzası Ölən və yaralananlar var

10.12.2024

Как стало известно Icma.az, со ссылкой на сайт Day.az.

Ağsu rayonunda ağır yol qəzası baş verib.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rayon ərazisində 1960-cı il təvəllüdlü Bəbir Mehdiyevin idarə etdiyi "Vaz 21074" markalı avtomobil ilə 1987-ci il təvəllüdlü Emin Nağıyevin sürdüyü "Toyota Prius" markalı avtomobil toqquşub.

Qəza nəticəsində B.Mehdiyev hadisə yerində dünyasını dəyişib. Onun avtomobilində olan 2014-cü il təvəllüdlü Həsənli Ceyhun Vüqar oğlu, həmçinin E.Nağıyev və 1997-ci il təvəllüdlü sərnişini Mirzə Kamilov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi açılıb, hadisənin səbəbləri araşdırılır.

Не пропустите дальнейшие события, следите за актуальными новостями на Icma.az.
Читать полностью