Alimentin məbləği bu hallarda azaldıla bilər Açıqlandı

23.11.2026

Icma.az информирует, ссылаясь на сайт Day.az.

Uşaqların saxlanılması üçün ödənilən alimentin məbləği müəyyən hallarda azaldıla bilər.

Day.Az xəbər verir ki, Ailə Məcəlləsinə əsasən, alimentin məbləği tərəflərin ailə və maddi vəziyyəti, eləcə də digər diqqətəlayiq hallar nəzərə alınmaqla məhkəmə tərəfindən azaldıla bilər.

Bunun üçün aliment ödəyən şəxsin ailə və maddi vəziyyətinin ağır olması, xəstəliyi və ya vəziyyətini çətinləşdirən digər hallar sübuta yetirilməlidir.

Alimentin azaldılmasını istəyən şəxs ilk növbədə mediasiya təşkilatına müraciət etməlidir. Mediasiya zamanı razılıq əldə olunmazsa, aliment ödəyən şəxs tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.

Попробуй подписку Trend Premium за 1$
Следите за обновлениями и свежими новостями на Icma.az, где мы продолжаем следить за ситуацией и публиковать самую актуальную информацию.
Читать полностью