Aşkarlanan meyit qalıqlarının laboratoriyada eyniləşdirmə işləri aparılacaq

01.05.2025

Icma.az передает, что по данным сайта Day.az.

Aşkarlanan meyit qalıqlarının laboratoriyada eyniləşdirmə işləri aparılacaq.

Trend xəbər verir ki, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov Xocalıda aşkarlanan kütləvi məzarlıqda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu günə olan məlumata görə, Xocalı soyqırımı ilə bağlı Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi 210 nəfər qeydiyyata alınıb:

"Onların 38-i uşaq, 42 nəfəri hərbçi, digərləri isə mülki şəxslərdir. Ötən il Xocalıda aşkarlanan 18 nəfərin 10 nəfərinin meyitinin qalıqları ailəsinə təhvil verilib. Digərləri ilə bağlı eyniləşdirmə prosesi davam edir.

Bu, Xocalıda aşkarlanan 3-cü kütləvi məzarlıqdır. Bu məzarlıqlar müvafiq qurumlar tərəfindən qeydiyyata alınaraq sənədləşdirilir".

Оставайтесь с нами на Icma.az, чтобы не пропустить важные новости и обновления по данной теме.
Читать полностью