Как передает Icma.az, со ссылкой на сайт Day.az. Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfəri iki ölkə arasında dostluq və
Day.Az xəbər verir ki, bunu Trend-ə politoloq Azər Qarayev deyib.
Politoloq bildirib ki, Astana hava limanında rəsmi və yüksək səviyyəli qarşılanma mərasimi Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı hörmətin və etimadın bariz göstəricisidir.
Bu səfər iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsinə təkan verəcək.
"Prezident İlham Əliyev isə çıxışında Qazaxıstanla əlaqələrin çoxşaxəli və qarşılıqlı faydalı xarakter daşıdığını qeyd etdi.
O, siyasi, iqtisadi, humanitar və enerji sahələrində əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini vurğuladı.
Dövlət başçısı xüsusilə nəqliyyat-logistika əməkdaşlığını, o cümlədən Orta Dəhliz və Zəngəzur dəhlizi layihələrinin əhəmiyyətini qeyd etdi.
Bu təşəbbüslər təkcə Azərbaycan və Qazaxıstan üçün deyil, bütövlükdə Avrasiya regionu üçün strateji əhəmiyyət daşıyır.